“TANAP Türkiyənin təbii qaza olan tələbatının 10 faizdən çoxunu təmin edəcək”
Tarix: 14.08.2018 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri Türkiyənin təbii qaza olan tələbatının 10 faizdən çoxunu təmin edəcək. Anadolu agentliyi xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar deyib.
Onun sözlərinə görə, iki qardaş ölkə - Azərbaycan və Türkiyə, eləcə də qonşu Gürcüstan regionun inkişafı, rifah və dinclik üçün belə böyük layihənin həyata keçirilə bilinəcəyini bütün dünyaya nümayiş etdirdilər: “TANAP rekord sayıla biləcək müddətdə tamamlanıb. İyunun 12-də isə Azərbaycan və Türkiyənin ev sahibliyi istismar müddəti 49 il olan TANAP istifadəyə verilib. TANAP Türkiyənin enerji təhlükəsizliyinə töhfə verəcək və enerji təchizatı mənbələrinin şaxələndirilməsinə də köməkçi olacaq”.
TANAP ilə tarixdə ilk dəfə Azərbaycan təbii qazının Avropa ölkələrinə çatdırılacağını deyən A.Bayraktar bildirib: “Bundan başqa, TANAP Türkiyənin bölgədəki strateji əhəmiyyətini daha da artıracaq. Türkiyənin təbii qaza olan tələbatının 10 faizdən çoxunu təmin edəcək TANAP boru kəməri mənbələri şaxələndirmək baxımından da xüsusi əhəmiyyət kəsb edir”.
“TANAP boru təminatı, tikinti və mühəndislik kimi sahələrdə də Türkiyə iqtisadiyyatına böyük töhfələr verib. Layihənin icra edilməsi enerji təhlükəsizliyi və məşğulluğun təmin edilməsi ilə yanaşı, boru kəmərinin keçdiyi bölgələrdə əhaliyə dəstəyin göstərilməsinə də səbəb olub. Layihənin icrası zamanı ətraf mühit, səhiyyə, heyvandarlıq və təhsil kimi sahələrdə çox əhəmiyyətli investisiyalar reallaşdırılıb”, - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk kommersiya qazının tədarükünə iyunun 30-dan başlanılıb. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın inşası üzrə ümumi işlərin isə 94,8 faizi icra olunub. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək 5,5 milyard dollar xərclənib.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır
17.07.2019
SOCAR ikinci rübdə 41 min metrdən çox 3 qazma işi aparıb
17.07.2019
Azərbaycan 5 ayda 1 milyard dollarlıq təbii qaz ixrac edib
17.07.2019
SOCAR İstiqrazlarının sahibləri 13.75 milyon dollar qazanıb
17.07.2019
Magistral kəmərlərlə təbii qaz nəqli 20 faizədək artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info