TANAP-ın Türkiyədəki layihələrə ayırdığı qrant 140 milyon lirəyə çatacaq
Tarix: 14.08.2018 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsi üzrə Türkiyədə 860 layihəyə ayrılan qrant ümumilikdə 140 milyon türk lirəsinə çatacaq. Anadolu agentliyinə xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O bildirib ki, TANAP-ın sosial və ekoloji sərmayə proqramları vasitəsilə layihələr davamlı dəstəklənir: “Bunun sayəsində Türkiyənin bölgələrindəki vətəndaşların iqtisadi və sosial inkişafına töhfə verilir. TANAP 11 vilayəti əhatə edən birinci qrant çərçivəsində 429 layihəyə 70 milyon türk lirəsindən çox vəsait ayırıb. İkinci qrant üçün isə 4 min layihə üzrə müraciət olub. Həmin layihələrdən 431-i seçilib və bu layihələrə təxminən 70 milyon türk lirəsi vəsait ayrılıb. Beləliklə, TANAP-ın Türkiyədə 20 vilayəti əhatə edən 860 layihəyə ayırdığı qrant ümumilikdə 140 milyon lirəyə çatacaq”.
Qeyd edək ki, TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk kommersiya qazının tədarükünə iyunun 30-dan başlanılıb. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın inşası üzrə ümumi işlərin isə 94,8 faizi icra olunub. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək 5,5 milyard dollar xərclənib.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Ümumi uzunluğu 1850 kilometr olan TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Ardahandan başlayaraq Türkiyənin 20 vilayəti və 67 mahalında keçir.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info