«ArmenianReport»: “Cənab Paşinyan, göstərdiyiniz şou kifayətdir, biz çörək istəyirik”
Tarix: 14.08.2018 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


«Paşinyanın hökumətə rəhbərlik etdiyi artıq üç aydan çoxdur, lakin təəssüf ki, ölkədə nə sosial, nə də iqtisadi sahədə yaxşılığa doğru heç nə dəyişməyib».

Təbii ki bu, gözlənilən idi. Paşinyanın yalanlarının sonu haradasa qırılmalıydı. Ermənilərin «ArmenianReport» saytının yazdığına görə, artıq sadə xalq arasında yeni Baş nazir hakimiyyətinə qarşı narazılıq artmağa başlayıb: «Paşinyanın hökumətə rəhbərlik etdiyi artıq üç aydan çoxdur, lakin təəssüf ki, ölkədə nə sosial, nə də iqtisadi sahədə yaxşılığa doğru heç nə dəyişməyib». Saytın yazdığına görə, Nikol Paşinyan avqustun 17-də Respublika Meydanında hakimiyyətə gəlməsinin 100 gününə həsr olunmuş mitinq keçirəcək. Erməni nəşrlərinin verdiyi məlumata görə, artıq Paşiyanın tərəfdarları ilə yanaşı, müxaliflər də bu mitinq üçün intensiv olaraq tərəfdarlarını hazırlayırlar. Təbii ki, mitinqdə üzləşəcək tərəflərin məqsədləri də müxtəlifdir. Məsələn, Paşinyanın tərəfdarları mövcud dövlət başçısının bütün «populyarlığını» nümayiş etdirmək üçün var güclərini səfərbər edərək, mitinqə daha çox insanın qatılmasını istəyirlərsə, müxalifət rəhbərləri əksinə nail olmağa çalışırlar . Belə ki, insanları öz dairələrində saxlamağa çalışan müxalifətçilər onları mitinqə qatılmaqdan çəkindirməyə cəhd edirlər».


Vaxtilə mitinqlərdə Paşinyana dəstək olan «Lidian Ermənistan» şirkətinin 200-dən artıq əməkdaşı erməni baş naziri çətin vəziyyətə salan «Biz, ailəmizi saxlamaq üçün nə vaxt işləməyə başdlayacağıq» - sualı ilə müraciət ediblər


Maraqlıdır ki, sayt əminliklə «artıq səfərbərlik edən üçüncü, daha qüdrətli və çox sayda güc toplamağa başlayan qüvvənin də» fəaliyyət göstərməyə başladığını bildirir. Sayt üçüncü qüvvənin hazırkı hakimiyyət üçün yaxşı heç bir şey vəd etmədiyini də istisna etmir: «Bu ölkə səlahiyyətlilərin sərəncamlarından yorulub və artıq etiraz aksiyaları ilə küçələrə çıxan erməni xalqıdır. Məsələn, ötən gün Artaşatda yeni hökumət nümayəndələrinin özbaşnalıqlarından narazı olan ticarətçilər küçələrə çıxdılar. Narazı şikayətçilərin sözlərinə görə, əvvəlki hakimiyyətin vaxtındakı talan bu gün də mövcud olaraq qalır. Yəni yeni hakimiyyətin gəlməsi ilə heç bir şey dəyişməyib».
Başqa bir nümunə:- Vaxtilə mitinqlərdə Paşinyana dəstək olan «Lidian Ermənistan» şirkətinin 200-dən artıq əməkdaşı erməni baş naziri çətin vəziyyətə salan «Biz, ailəmizi saxlamaq üçün nə vaxt işləməyə başdlayacağıq» - sualı ilə müraciət ediblər.
Saytın qənaətinə görə, bu gün Ermənistanın hər tərəfində oxşar hərəkətlər, oxşar mitinqlər baş verir: «Ölkənin sakinləri hakimiyyət dəyişikliyini, Sarkisyanın və onun çürük rejiminin siyasi səhnədən gedişini həvəslə qəbul etdilər. Böyük həvəs və ümidlə Paşinyana dəstək verdilər. Onların əksəriyyəti Manvel Qrigoryan, Robert Koçaryan və digər əvvəlki hökumət rəsmilərinin həbsinə tərəfdar çıxdılar. Paşinyan artıq üç aydır ki, hakimiyyətdədir, lakin təəssüf ki, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması müşahidə olunmur. Bu gün hakimiyyət dəhlizlərindəki narahatlıqlara baxmayaraq, hələ ki, ölkədə nə bir iş yeri açılıb, nə də ki, maliyyə sektorunda qurtuluş üçün söz deyən yoxdur. Ermənistanda hakimiyyətə gətirilən yeni insanlar bu gün sadə ermənilərin həyatında yaxşılığa doğru heç bir dəyişikliyə nail olmayıblar. Bu gün Paşinyan siyasi rəqiblərinə qarşı mübarizə aparır. Amma bunun , əslində, bizim həyatımıza heç bir təsiri yoxdur. Bu isə cəmiyyətdə dərin narazılığa səbəb olmaqdadır».


Ermənistanda hakimiyyətə gətirilən yeni insanlar bu gün sadə ermənilərin həyatında yaxşılığa doğru heç bir dəyişikliyə nail olmayıblar.


Artıq bunları başa düşən Paşinyan və onun ətrafı bu səbəbdən qarşıdakı 17 avqust mitinqinin mümkün qədər sıx olmasını təmin etmək üçün bütün gücləri səfərbər etməkdədirlər: «Beləliklə, onlar baş nazirin cəmiyyətdəki reytinqinin olduqca yüksək olduğunu göstərmək istəyirlər ki, bu da onun siyasi opponentlərlə daha etibarlı və hətta kəskin şəkildə məşğul olmasına imkan verir».
«Mən iddia etmirəm ki, onun reytinqi hələ də yüksəkdir. O, xalq tərəfindən ona həvalə edilmiş etimadnaməsini hələ bitirməyib. Lakin bu, uzun davam edə bilməz. Axı bu, bir şou deyil, bizim həyatımızdır, hörmətli Baş nazir. Bir neçə nəfəri doydurmaqla iş bitmir. Gündəlik çörək haqqında düşünmək vaxtıdır. Əks- təqdirdə, hakimiyyəti necə və kiminlə ələ keçirdiyini unutma. Nəhayət onu da unutma ki, sabah yeni bir məxməri inqilabın lideri ölkədə görünə və Paşinyan hökumətini torpağa gömə bilər».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info