Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
Tarix: 15.08.2018 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Ermənistanın həbs edilmiş ikinci prezidenti Robert Koçaryanla bağlı Apelyasiya məhkəməsi qərarını verib. Hələ avqustun 10-da müzakirələr üçün məsləhət otağına çəkilən hakim Aleksandr Azaryan avqustun 13-də Koçaryanı azad edib. Hakim, beləliklə, vəkillərin Koçaryanın azad edilməsi ilə bağlı etirazını təsdiq edib. Onun vəkillərindən biri Ruben Saakyan hakimin qərarını elan edərək Koçaryanın artıq məhkəmə binasını tərk etdiyini bildirib. Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan 2008-ci ili mart seçkiləri zamanı kontitusyon quruluşu devirmək maddəsi ilə həbs edilib. Prokuror hakimə onun üçün həbsdə qalmağın ədalətli olacağını bildirib.
Maraqlıdır ki, Yerevanda sabiq prezident Robert Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər. Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad olunmasına etiraz edən aksiya iştirakçıları onun mətbuat konfransının keçirildiyi zala soxulublar. “Sputnik Armeniya” saytının yaydığı məlumata görə, polis qapıları bağlasa da, bir neçə şəxs zala daxil ola bilib. Koçaryan mətbuat konfransına gəlməyib.
Aksiyada onlarla insan iştirak edib, onlar “Qatil” deyə qışqırıblar. Bundan öncə isə etirazçılar mətbuat konfransının keçirildiyi “Erebuni plaza” binasının qarşısında mitinq keçiriblər.
Xatırladaq ki, iyul ayının sonlarında xüsusi təhqiqat xidməti Koçaryana qarşı konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürüb. Ertəsi gün məhkəmənin qərarı ilə sabiq prezident iki aylıq həbs olunub. Onun adı 2008-ci il martın 1-də sabiq prezident Levon Ter-Petrosyan tərəfdarlarının seçki nəticələrini qəbul etməyərək Yerevan küçələrində keçirdiyi aksiyanı dağıtmaq işi üzrə cinayət işində keçir.
İttihamları quraşdırılmış siyasi təqib adlandıran Robert Koçaryanın fikrincə, bu yolla rəqibləri növbədənkənar parlament seçkiləri astanasında onu siyasi proseslərdən kənarlaşdırmaq istəyirlər. Koçaryanın vəkilləri Apelyasiya məhkəməsinə şikayət edib və qurum onun sabiq prezident qismində toxunmazlıq hüququnu əsas gətirərək birinci instansiyanın qərarını ləğv edib.

"Bir çox - Yaxın Şərq və Şimali Afrika regionundakı, Balkan yarımadasındakı, Ukrayna, Dağlıq Qarabağ və s. münaqişələrin sülh yolu ilə nizamlanmasıyla bağlı vəziyyəti analoji mövqelərdən nəzərdən keçirdik"
Bu arada Türkiyə və Rusiyanın XİN başçıları Dağlıq Qarabağ problemi də daxil olmaqla, bir sıra münaqişələrin sülh yolu ilə həllinə dair ümumi yanaşmaları müzakirə ediblər. Bunu Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib.
"Bir çox - Yaxın Şərq və Şimali Afrika regionundakı, Balkan yarımadasındakı, Ukrayna, Dağlıq Qarabağ və s. münaqişələrin sülh yolu ilə nizamlanmasıyla bağlı vəziyyəti analoji mövqelərdən nəzərdən keçirdik", - S.Lavrov deyib.
Qeyd edək ki, görüş zamanı tərəflər Rusiya və Türkiyə arasında qarşılıqlı viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə ediblər. Eyni zamanda nazirlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar, o cümlədən İdlib ətrafındakı vəziyyət də daxil olmaqla, Suriya böhranını nəzərdən keçiriblər.

Qaçqın və məcburi köçkünlərin müraciətlərinə baxılıb
Azərbaycanda isə Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşən soydaşlarımız dövlətin diqqətindədir. Belə ki, ötən gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin qəbulu keçirilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri məcburi köçkünləri qəbul ediblər.
Komitədən verilən məlumata görə, məcburi köçkünlərin problemləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, statusun verilməsi, kommunal xidmətlər, işəgötürmə və digər məsələlərlə əlaqəli olub.
Onlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri sosial siyasətin prioritet istiqaməti müəyyən edib. Birinci vitse-prezident Mehriban Əliyeva keçirdiyi ilk müşavirədə ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.
Məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb. Komitə sədri qəbula gələnlərin müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı geniş izahat verilib.

Şəhidlərin xatirəsi daim diqqətdədir
Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olanların da xatirəsi daimi diqqətdədir. Belə ki, Beyləqan şəhərində Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun xatirəsi anılıb. AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, A.Əkbərovun ailə üzvləri, döyüş yoldaşları, Azərbaycan Yazıçılar Birliyi Beyləqan rayon bölməsinin üzvləri, polis əməkdaşları Milli Qəhrəmanın mədəniyyət və istirahət parkındakı büstü önünə əklil və gül-çiçək qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Bildirilib ki, Əkbərov Akif Abbas oğlu 1952-ci il fevralın 2-də Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1969-cu ildə Beyləqan şəhər 1 nömrəli orta məktəbini bitirib, 1970-ci ildə ordu sıralarına çağırılıb. 1974-cü ildə Beyləqan Rayon Daxili İşlər Şöbəsində fəaliyyətə başlayıb. 1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla, rayon Polis Şöbəsinin bir qrup əməkdaşı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün Kəlbəcər rayonundakı “Sarı yer” yaylağına ezam edilib. Avqustun 12-si ermənilər Cermuq şəhəri tərəfdən “Sarı yer” yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçiləri döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə macal tapmırdılar. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov, xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir. O, qəhrəmancasına həlak olur. Beyləqan rayonunda dəfn edilib.
Qeyd edilib ki, Akif Əkbərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Beyləqan şəhərində büstü qoyulub, küçələrdən biri onun adını daşıyır. Mərasimdə Azərbaycan Yazıçılar Birliyi Beyləqan rayon bölməsinin üzvləri Milli Qəhrəmana həsr edilən şeirlər söyləyiblər.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info