Əfqanıstanda “Taliban” hərəkatının hücumu nəticəsində azı 45 hərbçi həlak olub
Tarix: 15.08.2018 | Saat: 14:56:00 | E-mail | Çapa göndər



Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan vilayətində “Taliban” hərəkatının hərbi bazaya hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 45 əməkdaşı həlak olub.

AZƏRTAC “Tolo News” telekanalına istinadla xəbər verir ki, hadisə avqustun 15-nə keçən gecə baş verib. Həlak olanların 35-i hərbçi, 10-u isə yerli polis əməkdaşıdır.
Bu ərəfədə “Şahin” düşərgəsinin nümayəndəsi Məhəmməd Hənif Rezai taliblərin ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətindəki həbi bazalardan birini ələ keçirdiyini bildirib. Bu bölgədə gedən döyüşlər nəticəsində Əfqanıstan ordusunun 17 əsgəri həlak olub, 12-si isə yaralanıb. Yerli şuranın rəhbəri Sıbhatullah Silab Müavinin sözlərinə görə, hücum vaxtı hərbi hissədə olan onlarla əsgərin taleyindən isə heç bir xəbər yoxdur.
Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Rusiyada iki sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb
18.09.2018
Türkiyədə avtobusun aşması nəticəsində 7 nəfər həlak olub, 28 nəfər yaralanıb
18.09.2018
Dnepr şəhərində məktəblilər arasında kütləvi zəhərlənmə baş verib
17.09.2018
Yəməndə vəba epidemiyası daha 9 insanın həyatına son qoyub
16.09.2018
ABŞ-da köpək balığının insanlara hücum edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info