Ermənistanda unun qiyməti bahalaşdı
Tarix: 15.08.2018 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


«ArmenianReport»:
“Heç bir siyasi, iqtisadi proqrama malik olmayan Paşinyanın xalqa verdiyi vədlərin girovunda qalması artıq göz önündədir”

Son günlər Paşinyanın ünvanına səsləndirilən ittihamlar səngimir. Belə ki, yeni baş nazirə olan inamın tədricən aradan qalxdığı müşahidə edilməkdədir. Ermənilərin «ArmenianReport» saytında yer alan aşağıdakı yazını da Paşinyana olan inamsızlığın inikası kimi dəyərləndirmək olar. Yazıda deyilir: « Ermənistanda xalq hakimiyyəti yıxmağa cəsarət etdi. Erməni xalqı ölkənin səlahiyyətlərini baş nazir Nikol Paşinyana həvalə etdi. İndi Paşinyanın müdafiəçisi olan xalq ondan konkret bir hesabat tələb etmək hüququna malikdir. Bu hüquqa həm də dəyişmənin inkarına səbəb olan fəlakətli səhvləri də soruşmaq daxildir. Məsələn, Robert Koçaryanın həbsi və sonra onun azad edilməsi Paşinyanın buraxdığı səhvlərdən biridir. İndi "tək kişi" ( Robert Koçaryan nəzərdə tutulur) ölkədə böyük üstünlüyə sahibdir. Bəlkə də yeni hakimiyyətin səhvindən ağıllı surətdə yararlanan sabiq ikinci prezident rəqibə belə bir təzyiq müqabilində azad ediləcəyini əvvəlcədən də təsəvvür edirdi. Lakin reallıq budur ki, Koçaryan azadlıqdadır və hazırda yeni hökumətin diletantizminə işarə edərək, xal qazanır.
Maraqlıdır, görən buna qarşı Paşinyanın cavabı nə olacaq? «Ermənistanda xalq hakimiyyəti qurulur. Artıq xalqın yolunun üstündə dura biləcək hər hansı bir qüvvənin tab gətirə bilməyəcəyinə əmin ola bilərsiniz. Bu yolda durmağa cəhd edən hər bir kəs tarixin arxivinə atılacaq». Bu fikirləri yeni baş nazir şəxsi “Feysbuk” səhifəsində yazıb.
Bəli, bu gün Ermənistanda hakimiyyət xalqa məxsusdur. Ancaq xalq yeni hökumətdən bütün tələblərin həyata keçirilməsini tələb edir. Bu gün Ermənistanda ədalət zəfəridir. Lakin ədalətin zəifliyindəndir ki, ötən illər ərzində ölkəni talan etmiş, satmış, yüksək vəzifəli cinayətkarlar hələ də cəzasızdırlar. Əfsuslar ki, yeni hakimiyyət bütün bunları, onların həbsini, hələ ki, təmin edə bilməyib. Maraqlıdır ki, Paşinyandakı zəifliyin səbəbi hələ ki, heç kimi maraqlandırmır. Həqiqət isə belədir:- Demişdin, icra elə və əgər edə bilmirsənsə, onda getməlisən!

Erməni xalqı ölkənin səlahiyyətlərini baş nazir Nikol Paşinyana həvalə etdi. İndi Paşinyanın müdafiəçisi olan xalq ondan konkret bir hesabat tələb etmək hüququna malikdir. Bu hüquqa həm də dəyişmənin inkarına səbəb olan fəlakətli səhvləri də soruşmaq daxildir. Məsələn, Robert Koçaryanın həbsi və sonra onun azad edilməsi Paşinyanın buraxdığı səhvlərdən biridir


Bəli bu, belədir. Vaxtilə Paşinyan cinayət törətmiş bütün insanların xalq qarşısında hesabat verəcəklərini vəd edirdi. Lakin bu, hələ ki, baş verməyib. Ermənistanı uçurumun kənarına gətirən Kremlin müdafiəçiləri üçün əsas, ədalətli cəzanı hələ ki, görməmişik. Lakin mən bunun nə vaxtsa reallaşacağına inanmaq istəyirəm. Mən yeni hakimiyyət orqanlarında məyusluq yaradan təhdidləri də anlayıram. Belə ki, onları qorxudan bəlkə də, sonrakı əksinqilab və bunun gətirə biləcəyi həbsxana həyatıdır. Ancaq unudulmamalıdır ki, insanlar Ermənistanda ədalətin zəfərini qazanmaq üçün hər şeyi etdilər. Onlar yeni hakimiyyətə cinayətləri müəyyən etmək və cinayətkarları cəzalandırmaq üçün bütün vasitələri verdilər . Amma əsas cinayətkarlar azadlıqda gəzirlər, cəzalarsa hələ də yoxdur. Bunua görə isə günahkar xalq deyil, günahkar Paşinyandır».

Vaxtilə Paşinyan cinayət törətmiş bütün insanların xalq qarşısında hesabat verəcəklərini vəd edirdi. Lakin bu, hələ ki, baş verməyib.


Təbii ki, «böyük amallarla» hakimiyyətə gələn Paşinyan bunları, dəqiq desək, belə xalq tənələrini bu tezlikdə eşidə biləcəyini təsəvvürünə belə gətirmirdi. Lakin reallıq göz önündədir. Heç bir siyasi, iqtisadi proqrama malik olmayan Paşinyanın xalqa verdiyi vədlərin girovunda qalması artıq göz önündədir.
Paşinyan hakimiyyətinin erməni xalqına verdiyi «yeniliklərdən» biri də unun qiyməti ilə bağlıdır. Belə ki, dünəndən etibarən Ermənistanda satılan unun qiymətində artım müşahidə edilib və təbii ki, bunun çörəyin də qiymətinə təsir edəcəyi istisna edilmir. Ermənilərin «Tert. am» saytının yazdığına görə, dünənədək marketlərdə 21 dollara satılan 50 kiloqramlıq un kisələrinin qiyməti artıq 22 dollara qaldırılıb. Saytın yazdığına görə, Ermənistanda zəncirvari reaksiya yaxın vaxtlarda çörək bişirmə zavodlarını çörəyin dəyər və ya çəkisini yenidən nəzərdən keçirməyə məcbur edəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info