“Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək”
Tarix: 16.08.2018 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi əhəmiyyətə malikdir. Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Belə ki, bu razılaşma nəticəsində mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib.
Deputat deyib: “Dövlətimizin başçısının Konvensiyanın imzalanması mərasimindən sonra mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz dəyərli töhfəsini verib. Müzakirələrin getdiyi bütün dövrlərdə, xüsusən Konvensiyanın imzalanması ərəfəsində xaricdəki bəzi erməni lobbisinə yaxın dairələr anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərir, müxtəlif maneələr yaratmağa çalışırdılar. Çünki onlar bilirlər ki, bu sənəd Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək”.
Milli Məclisin deputatı qeyd edib ki, Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması, hər şeydən əvvəl, xoş məram, qarşılıqlı etimad, ortaq maraqlar və mehriban qonşuluq əlaqələri sayəsində baş tutub. Sənəd bu beş ölkə arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsi, əməkdaşlığın genişlənməsi üçün əlavə perspektivlər açır. Əlbəttə ki, bu cür əməkdaşlıqlar xalqların rifah halının daha da yaxşılaşmasına xidmət edəcək.
S.Fətəliyeva, həmçinin qeyd edib ki, əldə olunmuş razılıqlar Transxəzər boru kəmərinin reallaşmasına şərait yaradır. Bu da Azərbaycanın geosiyasi çəkisinin daha da yüksəlməsi üçün əlverişli mühit yaradır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info