AZAL Bakı-Yekaterinburq-Bakı istiqamətində uçuşlara başlayıb
Tarix: 22.06.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları-AZAL” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Yekaterinburq-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan yerli vaxtla saat 15:25-də havaya qalxan və 146 nəfər sərnişin tutumu olan Avropa istehsallı “Aerobus-320” tipli müasir təyyarə 2 saat 50 dəqiqədən sonra Rusiyanın Yekaterinburq şəhərinin Koltsovo Beynəlxalq Hava Limanında yerə enib.
Təyyarənin ilk sərnişinlərini, həmçinin “Azərbaycan Hava Yolları-AZAL” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərlinin rəhbərliyi ilə Yekaterinburqa gedən bir qrup yerli media işçisini Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov, Sverdlovsk vilayətində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinksi, Sverdlovsk vilayətinin beynəlxalq və iqtisadi əlaqələr üzrə nazir müavini Vladimir Slovorov və Koltsovo Beynəlxalq Hava Limanının rəhbərliyi qarşılayıblar.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu bildirib ki, Yekaterinburqa yaxın olan Novosibirsk, Çelyabinsk, Tümen, Kurqan vilayətlərində yaşayan azərbaycanlılar həftədə iki dəfə reallaşacaq bu reys vasitəsilə doğma Vətənimizə, eləcə də geriyə birbaşa səfər edə biləcəklər. M.Səfərli deyib ki, Yekaterinburq AZAL-ın uçuş coğrafiyasında dünyanın 33-cü şəhəridir. Uçuşlar müasir “Aerobus-319” və “Aerobus-320” tipli təyyarələrlə həftədə iki dəfə - cümə axşamı yerli vaxtla saat 15.25-də və bazar günü saat 20.00-da, əks istiqamətdə isə müvafiq olaraq 20.25-də və 01.00-da reallaşacaq: “Bundan əlavə, aviaşirkətimiz Türkiyənin Antalya, Bodrum, Dalaman şəhərlərinə də mövsümi reysləri bərpa edib. Eyni zamanda, iyulun ortalarında Çin Xalq Respublikasının paytaxtı Pekinə, Rusiyanın Volqoqrad şəhərinə də birbaşa aviareyslərin açılması planlaşdırılır”.
Günay




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info