Az yatmağın yeni təhlükəsi açıqlanıb
Tarix: 16.08.2018 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Kaliforniyanın (ABŞ) Berkli Universitetinin alimləri aydınlaşdırıblar ki, yuxu problemi olan insanlar özlərini tənha hiss edir və tez-tez başqa adamlarla əlaqədən qaçırlar.
Bu barədə “MedicalXpress” yazıb.
Tədqiqatda iştirak edən 18 gənc normal gecə yuxusu və yuxusuzluqdan sonra müayinədən keçiblər. Hər bir halda, sınaqdan keçənlər növbəti gün neytral üz ifadəli insanın kameraya yaxınlaşdığını əks etdirən videoçarx izləyiblər. Könüllülər psixoloji narahatlıq hiss etdikdə videonu dayandıran düyməyə basmalı idilər.
Məlum olub ki, insanlar yuxusuz gecədən sonra düyməni normal yuxu yatanlarla müqayisədə daha çox basıblar. Bundan başqa, beyinin müayinəsi də göstərib ki, pis istirahət edənlərdə potensial təhdidlərə cavab verən neyron zənciri işə düşüb. Beyinin sosial qarşılıqlı münasibətləri təmin edən digər hissəsi isə əskinə, daha az aktiv olub.
Tədqiqatın ikinci hissəsində mindən çox başqa insan təcrübənin videogörüntülərini izləyiblər. Bu zaman onlar iştirakçıların yuxusuz olduqlarını bilməyiblər. Onların fikrincə, sınaqdan keçənlər ətraf mühitlə əlaqə saxlamaqdan qaçan tənha insanlardır.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Güclü ürəyə sahib olmağın ən asan yolu
17.01.2019
Yedikcə iştaha açan 5 qida - Diqqət! Çəki almağınıza səbəb ola bilər
16.01.2019
İsveçrə alimləri xərçəng hüceyrələrinə qarşı yeni mübarizə üsulu tapıblar
15.01.2019
Alimlər ömrü uzadan məhsulu açıqladı
13.01.2019
Tez yaşlanmaq və xəstələnmək istəmirsizsə...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info