Almaniya və Avstriya Türkiyəyə qarşı
Tarix: 22.06.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Almaniya Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə danışıqların növbəti mərhələyə keçməsini əngəlləyib.
Bu barədə “Assoşieyted Press” agentliyi diplomatik mənbələrə istinadən məlumat verib. Avropa Birliyi ölkələrinin diplomatları keçirdikləri toplantıda Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə danışıqlarda növbəti texniki mərhələyə keçidi təsdiqləməli idilər. Bunun üçün yekdil qərar qəbul olunmalı idi. Lakin biri Almaniya olmaqla, iki ölkə bu qərarın əleyhinə səs veriblər. ABŞ-ın “Wall Street Journal” dərgisinin məlumatına görə, alman diplomat Türkiyənin etiraz aksiyalarını sərt şəkildə yatırmasından narahatlığını bildirib. Avropa Birliyi ölkələri növbəti həftənin əvvəlində bu məsələni bir daha müzakirə edə bilərlər. Avstriya XİN başçısı Mixael Şpindelegger də Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinə baxılmağın hələ tez olduğunu bildirib: “Biz Türkiyəni Avropa Birliyinin üzvündənsə, imtiyazlı tərəfdaş kimi görürük”. Onun sözlərinə görə, bu mövqedə Türkiyədə baş verən hadisələr heç də sonuncu rolu oynamırlar. Şpindelegger qeyd edib ki, Avropa Birliyinə can atan ölkə üçün insan haqları və azadlıqlarına riayət olunması mütləqdir.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İtaliyanın keçmiş baş nazirinin valideynləri ev dustaqlığına məhkum olunublar
19.02.2019
Çin kosmosda günəş elektrostansiyası tikəcək
19.02.2019
Binəli Yıldırım istefaya gedib
19.02.2019
Boliviyada yük maşını ilə avtobus toqquşub
18.02.2019
Britaniya parlamenti: “Sosial media tənzimlənməlidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info