Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
Tarix: 16.08.2018 | Saat: 16:06:00 | E-mail | Çapa göndər



Bu ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədilə qaydalarda dəyişikliklər edilib. Onlara cari tədris ili çərçivəsində müəyyən ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etməyə icazə verilib.
Bu ildən isə müxtəlif ixtisas qruplarını da seçmək imkanının yaradılması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nümayiş etdirmək şansı yaradıb. Təbii ki, bütün bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilbəil müsbət təsirini göstərib. Belə ki, bu il 700 bal toplayan abituriyentlər rekord sayda – 29 nəfər olub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının yeddinci nömrəsində yer alan “Ön söz”ündə bildirib.
M.Abbaszadə diqqətə çatdırıb ki, 1992-ci ildən başlayaraq qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi əsasında şagirdlərin biliklərinin test üsulu ilə qiymətləndirilməsi sistemi formalaşmağa başlayıb. İmtahanın məzmunu ilə bağlı standartların, qəbul proqramlarının hazırlanması məqsədilə 1994-cü ildən etibarən ekspert qrupları yaradılıb, elmi-metodik seminarlar təşkil olunub və bu sistem ildən-ilə təkmilləşdirilib. Ötən 27 ildə imtahanların məzmun və formasında aparılan dəyişikliklər abituriyentlərin imtahanlara daha səmərəli hazırlaşmalarına, biliklərinin daha obyektiv və şəffaf şəkildə üzə çıxarılmasına kömək göstərib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info