Peterburqda Beynəlxalq İqtisadi Forum keçirilir
Tarix: 22.06.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Putin dünya ölkələrini iqtisadi problemləri
birgə həll etməyə çağırıb


Sankt-Peterburqun “Lenekspo” sərgi kompleksində “Peterburq Beynəlxalq İqtisadi Forumu-2013” (PBİF-2013) keçirilir. Forumda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyevin, habelə ölkəmizin İqtisadi İnkişaf Nazirliyinin və bir sıra digər dövlət qurumları təmsilçilərinin daxil olduqları nümayəndə heyəti iştirak edir.

Forumun birinci günündə ARDNŞ-in prezidenti R.Abdullayev Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb. Bu il forumda 70-dən çox xarici və 500-dən artıq Rusiya nümayəndə heyəti iştirak edir. Tədbirin birinci günündə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciəti oxunub. Müraciətdə deyilir ki, forumun proqramına beynəlxalq maliyyə sistemində islahatlar, dövlət borclarının idarə olunmasının təkmilləşdirilməsi, iqtisadiyyatın real sisteminə sərmayə qoyuluşlarının təşviqi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, dünya energetika sisteminin davamlı inkişafının təmin olunması məsələləri daxil edilib. İqtisadi forum çərçivəsində artıq “İyirmilik qrupu” gənc liderlərinin “Y 20 Russia 2013” görüşü, “B20-G20 məkanı iqtisadi artım və məşğulluq üçün” forumu keçirilib. Beynəlxalq forumun ikinci günündə Vladimir Putinin çıxışı olub. Vladimir Putin bildirib ki, dünya dövlətləri özlərinə qapılmamalı və dünya iqtisadiyyatının problemlərini birgə həll etməyə çalışmalıdırlar. O qeyd edib ki, yalnız ümumi səylərlə səmərəli inkişaf yolunu tapmaq olar: “Əlbəttə, qarşımızda olan problemlərin çətinliyindən özümüzə qapılsaq, çətin olacaq. Bundan qaçmaq çox çətindir, lakin yalnız dövlət və biznesin birgə səylərilə biz bu problemi həll edə bilərik”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info