Sahil Babayev əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
Tarix: 16.08.2018 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında bərpa müalicəsi şəraiti, əlilliyi olan insanlara göstərilən xidmətlərlə tanış olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Palitra”ya bildirilib ki, pansionatda stasionar, diaqnostika, fizioterapiya şöbələrində aparılan işlər nəzərdən keçirilib. Qeyd olunub ki, 250 çarpayılıq müəssisədə il ərzində dörd mindən artıq əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunur. Cari ilin ötən dövründə də 2631 nəfər əlilliyi olan şəxs, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 311 nəfər pansionata qəbul olunub. Hazırda 230-a qədər əlilliyi olan şəxsə burada bərpa müalicə xidmətləri göstərilir. S.Babayev müəssisədəki ultrasəslə müayinə, elektrokardioqrafiya, elektroensefaloqrafiya, rentgen kabinetləri, mədəni-istirahət bölməsi, laboratoriya, müalicəvi bədən tərbiyəsi zalı, tətbiq olunan müxtəlif fizioterapevtik müalicə üsulları və s. ilə tanış olub. O, pansionatda müalicə olunan əlilliyi olan insanlarla görüşüb. Əlilliyi olan şəxslər ölkəmizdə sosial cəhətdən həssas qruplara yönələn dövlət qayğısının ildən-ilə artmasına, əlilliyi olanların sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi üçün aparılan işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Görüşdə nazir qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, əlilliyi olan vətəndaşlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində işlər davam etdirilir. Hazırda bir çox reabilitasiya müəssisələrində əsaslı təmir işləri aparılır. Qarşıdakı dövrdə bu işlərin Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında da davam etdirilməsi nəzərdə tutulur. S.Babayev müəssisənin fəaliyyətinin səmərəli təşkili, xidmət səviyyəsinin yüksəldilməsi, tətbiq olunan müalicə kurslarının nəticələrinin təhlil edilməsi və müvafiq qiymətləndirmələrin aparılması barədə tapşırıqlarını verib. İşçi heyətin peşəkarlığının artırılmasının və müvafiq sahədə qabaqcıl dünya təcrübələrinin öyrənilməsinin vacibliyini qeyd edən nazir digər bərpa mərkəzləri və səhiyyə müəssisələri ilə təcrübə mübadilələrinin aparılmasının diqqətdə saxlanılmasını, əlilliyi olan insanlara qayğı ilə yanaşılmasını tapşırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info