“1915-ci ildə Osmanlı imperiyasında 1,5 milyon erməni öldürülməyib”
Tarix: 22.06.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“1915-ci ildə Osmanlı imperiyasında 1,5 milyon erməni öldürülməyib, çünki həmin dövrdə ermənilərin ümumi sayı 1,5 milyon nəfər olub”. Bunu rusiyalı tanınmış türkoloq alim, Moskva Dövlət Universiteti yanında Asiya və Afrika Araşdırmalar İnstitutunun direktoru Mixail Meyer deyib.
“Rossiya Kultura” televiziya kanalında yayımlanan “Türk marşı” proqramına qonaq olan Mixail Meyer və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Türkiyə bölümümün direktoru Natalya Ulçenko Türkiyə-Rusiya münasibətlərini müzakirə edərkən Ermənistan-Türkiyə münasibətlərinə də toxunublar. “Osmanlı imperiyası zamanı 1,5 milyon erməni öldürüldümü?” sualına Mixail Meyer belə cavab verib: “Bu, bizim ümumi problemimizdir. Çünki 1915-ci ildə Osmanlıda yaşayan erməni əhalisinin ümumi sayı 1,5 milyon nəfər olub. Məncə, 1,5 milyondan bəhs etmək doğru deyil. Bundan başqa çoxlu insanın güllə ilə və ya kəsilərək öldürüldüyünü demək düzgün deyil. Çünki ermənilərin çoxu sürgün vaxtı həyatlarını itiriblər”. Proqram efirdə yayımlandıqdan sonra Rusiyadakı erməni lobbisi Mixail Meyerə qarşı hücuma keçib. Belə ki, erməni diasporu Rusiya dövlətinin “erməni soyqırımı”nı iki dəfə tanıdığını və Mixail Meyerin dövlətin qərarını tanımadığını bildirib. Erməni lobbisi Rusiya və Ermənistan ictimai təşkilatlarını Meyerə qarşı sərt münasibət bildirməyə çağırıb. Ermənilər “Rossiya Kultura” telekanalının rəhbərliyinə də hədə-qorxu gəlməyə başlayıblar. Onlar Mixail Meyerin iddialarını yalanlayacaq bir proqramın yayımlanmasını tələb ediblər. Erməni lobbisi Rusiya Dövlət Dumasından “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyəti daşıması ilə bağlı qanun layihəsinin qəbul olunmasını tələb edir. Qeyd edək ki, Mixail Meyer Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov başda olmaqla bir çox tanınmış şəxslərin müəllimi olaraq da tanınır.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb
22.03.2019
Almaniyanın sabiq rəhbərlərinin pensiyaları azaldıla bilər
20.03.2019
İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info