Baş Prokurorluq və DİM mətbuat xidmətlərinin birgə məlumatı
Tarix: 16.08.2018 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində 2018-ci ildə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb. Prezident İlham Əliyevin ölkəmizin təhsil sahəsində apardığı uğurlu islahatlar, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələri öz müsbət nəticələrini əldə etməklə bu sahədə əsaslı inkişafa səbəb olub. DİM-dən AZƏRTAC-a bildiriblər ki, məhz bu islahatların nəticəsidir ki, artıq uzun illərboyu ölkəmizdə ali təhsil müəssisələrinə keçirilən şəffaf imtahanlar vasitəsilə bilik və bacarıqlarını göstərən və ən yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayı ildən-ilə artır. Lakin təəssüflər olsun ki, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul oluna bilməyən abituriyentlərin bir sıra “təhsil işçiləri” vasitəsilə qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir. Belə ki, DİM ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində 2018-ci ildə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkarlanaraq qarşısı alınıb. Aparılan ilkin araşdırmalar zamanı Gəncə və Mingəçevir şəhərləri üzrə müxtəlif ali və orta təhsil müəssisələri əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində artıq Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri adlarına yiyələnmiş gənclərin qəbul imtahanlarında abituriyentlərin şəxsiyyət vəsiqələri və imtahana buraxılış vərəqələrini təqdim etməklə, imtahanda iştirak etmələrinin təşkil olunmasına cəhd edilməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən həmin faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 29, 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib
13.12.2018
Xanımlar üçün sosial sahibkarlıq proqramına start verilib
12.12.2018
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir
12.12.2018
“Bakcell” müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı
12.12.2018
DGK kollektivi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info