Hindistanda daşqın qurbanlarının sayı 300 nəfəri ötüb
Tarix: 18.08.2018 | Saat: 00:10:00 | E-mail | Çapa göndər



Hindistanın cənubunda yerləşən Kerala ştatında musson yağışları səbəbindən baş verən daşqınlar nəticəsində həlak olanların sayı 324 nəfərə çatıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat yerli hökumətin rəsmi açıqlamasında yer alıb. Məmurlar baş verənləri “ölkədə son 100 ilin ən dəhşətli faciəsi” adlandırırlar.
Avqustun 8-də Hindistanın cənub və cənub-qərb rayonlarında başlayan yağışlar indiyədək davam edir. Təbii fəlakət nəticəsində 44 çay məcrasından çıxıb, bir neçə körpü dağılıb, onlarla yaşayış məntəqəsi su altında qalıb, 33 bənddə suyun səviyyəsi təhlükəli həddə çatıb. Ştatın bütün 14 rayonunda qırmızı təhlükə səviyyəsi elan olunub.
Avqustun 16-da Hindistan Hərbi Dəniz Qüvvələrinin cənub komandanlığı bütün təlimlərin dayandırılmasını, həmçinin zərərçəkən əhaliyə təcili yardım göstərmək üçün şəxsi heyətin və gəmilərin Kerala ştatına göndərilməsini əmr edib. Xilasetmə əməliyyatlarına ölkənin Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri də cəlb olunub.
Kerala ştatının əsas beynəlxalq aeroportunun eniş-qalxış zolağı tamamilə su altında qaldığından avqustun 26-dək bütün uçuşlar dayandırılıb. Reyslər qonşu hava limanlarına yönəldilir.
Meteoroloqlar avqustun 18-də regionda yenə güclü leysan yağacağını proqnozlaşdırırlar.
Hindistanda yağışlar mövsümü adətən iyunun ortalarında başlayır və sentyabr ayının sonlarına qədər davam edir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Çeçenistanda naməlum qadın özünü partladıb
17.11.2018
Stavropolda baş verən qəzada azərbaycanlılar xəsarət alıblar
16.11.2018
Moskvada mənzildə partlayış baş verib, xəsarət alanlar var
16.11.2018
Konqoda 7 BMT sülhməramlısı öldürülüb
15.11.2018
Gömrükçülər ərzaq məhsullarının içində mobil telefonlar aşkarladılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info