Ermənistanı gələcəkdə ciddi xaotik vəziyyət gözləyir
Tarix: 18.08.2018 | Saat: 00:11:00 | E-mail | Çapa göndər



Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistanın NATO-nun təlimlərində hansı səbəbdən iştirak etməsini heç cür əsaslandıra bilməz. Yeni Baş nazir bunu belə izah edir ki, Serj Sarkisyanın hakimiyyəti illərində də Ermənistan bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır. Bütün bunların fonunda rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstan, habelə çox mühüm qonşumuz İran ilə sənədlər imzalayır.
Bunu analitik-icmalçı Ehtiram Aşırlı Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun ölkəsinin yeni diplomatik cəhdlərini kəskin tənqid etməsini AZƏRTAC-a şərh edərkən deyib.
E.Aşırlı bildirib: “Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını şərh edən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycan qonşu ölkələrlə münasibətləri möhkəmlənir. E.Şarmazanov bugünkü açıqlamasında qeyd edib ki, məxməri inqilab ilə hakimiyyətə gələn N.Paşinyan əldə etdiyi nailiyyətlər barədə danışmaqda çətinlik çəkir. Qəribədir ki, N.Paşinyan bugünkü mitinqdə hansı nailiyyətlərdən danışacaq? Nikol Paşinyan hökümətin deyil, inqilab komitəsinin başçısıdır. Bütün bu proseslər göstərir ki, N.Paşinyan hələ də hökumət tərəfindən qəbul edilməyib və daxildəki gərginlik getdikcə artmaqdadır. Beləliklə, 2019-cu ilin payızında keçirilməsi planlaşdırılan seçkilərdə Nikol Paşinyanın yenidən Baş nazir seçilmə ehtimalı olduqca aşağıdır. Bu gedişatla N.Paşinyan növbəti seçkiləri görə bilməyəcək. Digər tərəfdən, Ermənistanın Xüsusi İstintaq Xidməti isə yaydığı bəyanatda bildirib ki, Apelyasiya məhkəməsinin Robert Koçaryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir. Koçaryanın azadlığa çıxması Qarabağ klanının Paşinyana asanlıqla boyun əyməyəcəyinə bir işarədir. Görünən odur ki, Ermənistanı gələcəkdə ciddi xaotik vəziyyət gözləyir”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info