“Azərbaycan MDB ölkələri arasında iqtisadi artıma görə birinci yerdədir”
Tarix: 22.06.2013 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 15-ci illik toplantısı keçirilib.
QDTİB-in Rəhbərlər Şurasının sədri, maliyyə naziri Samir Şərifov tədbirin ölkəmizin imici üçün uğurlu olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan ötən illərdə böyük iqtisadi uğurlara nail olub. Bunun əsasında ölkənin əsas maliyyə mənbəyi olan neft-qaz sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın digər sahələrinə düzgün transferi durur. Bu gün Azərbaycan təbii ehtiyatların düzgün idarə olunmasında ən yaxşı nümunə göstərən ölkələrdəndir. Nazir qeyd edib ki, indiyədək Azərbaycana 47 milyard dollar investisiya yatırılıb. Ölkəmiz MDB ölkələri arasında iqtisadi artıma görə birinci yerdədir. Təsadüfi deyil ki, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da qeyri-neft sektorunun inkişafı, xüsusən nəqliyyat, logistika, İKT, kənd təsərrüfatı kimi sahələrin artımı kimi məqsədlər qoyulub. Samir Şərifov Azərbaycanın xarici ticarət dövriyyəsinin son illərdə 21 faiz artdığını da vurğulayıb. Dünya iqtisadiyyatında QDTİB-in rolu barədə danışan azərbaycanlı nazir quruma üzv ölkələrin son illərdə rastlaşdıqları maliyyə böhranının nəticələri barədə danışıb. Qeyd olunub ki, böhran nəticəsində həmin ölkələrin iqtisadiyyatlarında 50 faizədək tənəzzül olub. Azərbaycan isə düzgün aparılmış maliyyə siyasəti sayəsində bu böhrandan itkisiz çıxıb: “Bu gün QDTİB tənəzzül yaşayan ölkələrdə iqtisadiyyatın dirçəlməsi üçün əməli tədbirlər həyata keçirir. Bu tədbirlər əsasən ölkələrdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində özünü göstərir. Elə bu tədbir çərçivəsində də 4 kredit müqaviləsinin imzalanması gözlənilir”. QDTİB-in prezidenti Andrey Kondakov qeyd edib ki, bu tədbir bir daha Azərbaycanda görülən işlərin, böyük iqtisadi dirçəlişin şahidi olmaq imkanı qazandırır. Tədbirdən gözləntilər barədə danışan A.Kondakov vurğulayıb ki, keçiriləcək biznes forumda özəl sektorun inkişafı və iqtisadi strategiyanın təşkili mövzusunda müzakirələr aparılacaq, müxtəlif ölkələrin təcrübələrini bölüşmək üçün imkanlar yaranacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info