Bu il Beyləqanda 20 min ton pambıq istehsal olunacağı gözlənilir
Tarix: 18.08.2018 | Saat: 17:48:00 | E-mail | Çapa göndər



Beyləqan rayonunun pambıq tarlalarında son becərmə işlərinin aparılması ilə yanaşı, məhsul yığımına hazırlıq da görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pambıq yığımına hazırlıqla bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev əlaqədar təşkilatların rəhbərləri və mütəxəssislərlə birgə fermerlərlə görüşüb, pambıq sahələrinə və texnikalara baxış keçirilib.
Fermer və mexanizatorlarla görüş zamanı bildirilib ki, pambıqçılığın inkişafı ilə bağlı yaradılmış hərtərəfli şərait, dövlət tərəfindən göstərilən dəstək istehsalçıları daha da ruhlandıraraq onların pambıq əkininə maraqlarını xeyli artırıb. Pambıqçılığa göstərilən diqqət və qayğının nəticəsidir ki, respublikanın digər pambıqçılıq rayonlarında olduğu kimi, Beyləqanda da pambıq əkinləri və məhsul istehsalı ildən-ilə artır. Belə ki, əgər rayon ərazisində 2016-cı ildə 4035 hektarda pambıq əkilmişdisə, 2017-ci ildə 8550 hektara, 2018-ci ildə isə 9560 hektara çatdırılıb. Builki pambıq əkinlərinin 3227 hektarı “Azərpambıq” MMC, 3870 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 750 hektarı “Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becərilir. Tarlaların 802 hektarını fərdi qaydada mülkiyyətçilər və fermerlər tərəfindən əkilmiş sahələr, 911 hektarını isə innovativ təsərrüfat təşkil edir.
Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Diqqətə çatdırılıb ki, rayonda pambıq yığımına 34 ədəd pambıqyığan kombayn cəlb ediləcək. Bütün texnikalar, o cümlədən traktor və qoşqular pambıq yığımı üçün hazır vəziyyətə gətirilib. Mövsümün sonuna rayon üzrə 20 min ton pambıq istehsalı gözlənilir.
Görüş zamanı pambıq yığımına hazırlığın vəziyyəti geniş müzakirə olunub. Pambıqçılıq təsərrüfatlarının rəhbərləri və fermerlərin təklifləri dinlənilib, pambığın vaxtında və itkisiz yığılması, bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə göstərişlər verilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info