“Elmin beynəlxalq mühitə inteqrasiyasında müəyyən problemlər var”
Tarix: 22.06.2013 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Bakıda “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda beynəlxalq konfrans keçirilir.
Tədbirin açılışında çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, beynəlxalq konfrans Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. A.Əlizadə qeyd edib ki, bu gün bir tərəfdən qloballaşan, digər tərəfdən virtuallaşan dünyada elmin öz dinamikası və onun doğurduğu spesifik problemlər mövcuddur: “İndi dünyanın müxtəlif elm kollektivləri arasında sərhədlər aradan qalxır və yeni virtual elmi kollektivlər yaranır. İntellektual mülkiyyətin qorunması, plagiatlıq və piratçılıqla mübarizə, müəllif hüquqlarının qorunması, virtual və fiziki beyin axını, intellektual əmək bazarının qloballaşması və s. bu kimi problemlərin həll edilməsi faktiki olaraq yeni hüquqi yanaşmalar tələb edir. Konkret olaraq desək, virtual dünyada müxtəlif hüquq sistemlərinin və mədəniyyətlərin qarşılaşması prosesi baş verir. Bu qarşılaşmaların ziddiyyətə yox, harmoniyaya xidmət etməsində elmi yanaşmalar aparıcı olmalıdır”. Akif Əlizadə bildirib ki, bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir: “Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi və sairə kimi məqamlar xüsusi aktuallıq kəsb edir”. O bildirib ki, bu prosesdə elm və texnologiyaların qloballaşması prosesi xüsusi olaraq nəzərə alınır. Bunun əlamətlərindən birinin müxtəlif ölkə alimləri arasında elmi informasiya mübadiləsinin genişlənməsi olduğunu deyən A.Əlizadə qeyd edib ki, mövcud proses uğurla həyata keçirilməkdədir. AMEA prezidenti vurğulayıb ki, hazırda dövlətlərarası elmi proqramlar və layihələr çərçivəsində alimlər arasında əməkdaşlıq forması daha çox əhəmiyyət kəsb edir: “Son illər Azərbaycanda müxtəlif ölkələrdən olan alimlərin həmmüəllifliyi ilə dərc edilən elmi əsərlərin və patentlərin sayı xeyli artıb. Azərbaycan alimləri tərəfindən aparılan araşdırmaların keyfiyyətinin yüksəldilməsi, həmçinin yüksəkixtisaslı kadr hazırlığı sahəsində beynəlxalq standartların tətbiqi elmin yüksək səviyyəli informasiya ilə təmin olunmasından bilavasitə asılıdır. Hazırda Azərbaycan “Şpringer” informasiya bazasının resurslarından istifadə edir, digər bazalara çıxış üçün də müvafiq dövlət qurumları bu istiqamətdə iş aparır. Bu istiqamətdəki işləri də Azərbaycan elminin uğurlarından hesab etmək olar”. Onun fikrincə, elmin beynəlxalq mühitə inteqrasiya sahəsində də müəyyən problemlər var. A. Əlizadə bildirib ki, ilk növbədə sovet elm sistemindən qalma ənənələrin müəyyən səviyyələrdə öz mövcudluğunu qoruyub saxlamasını, elmin beynəlxalq elmi mühitə transformasiyasını ləngitməsini qeyd etmək olar. Qeyd edək ki, iki gün davam edəcək konfransda Rusiya, Ukrayna, Litva, Polşa, Yunanıstan, Türkiyə, Gürcüstan və Almaniyadan olan alimlər iştirak edirlər.
Günay




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info