Azərbaycan Fars Körfəzi ölkələrinə ixracı genişləndirmək niyyətindədir
Tarix: 19.08.2018 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Azərbaycan milli məhsulların Fars Körfəzi ölkələrinin bazarlarına ixrac coğrafiyasını genişləndirmək məqsədilə 2018-ci ilin sonuna qədər Birləşmiş Ərəb Əmirliklərinə iki ixrac missiyası göndərməyi planlaşdırır.
Bu barədə Trend-ə açıqlamasında Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev bildirib.

E.Əliyev deyib ki, xüsusilə, meyvə-tərəvəz, meyvə şirələri, bal, quru süd, ət, çay və fındıq kimi məhsulların Fars Körfəzi ölkələrinə ixracını və bu regionda fəaliyyət göstərən ticarət şəbəkələrinə çıxışını təmin etmək üçün danışıqlar davam etdirilir".
Onun sözlərinə görə, ixrac missiyalarının yerli istehsalçıların iştirakı ilə əsas məqsədi "Made in Azerbaijan" milli brendinin BƏƏ və digər Fars Körfəzi ölkələrinin bazarlarında təşviqindən ibarətdir.
Ticarət nümayəndəsi xatırladıb ki, ötən il Azərbaycanın ixran missiyaları Dubaya və Səudiyyə Ərəbistanına göndərilmişdi:
"İndi tərəflər görüşlərin keçirilməsi üçün yerin və tarixin dəqiq müəyyənləşdirilməsi üçün danışıqlar aparır. Ötən il ixrac missiyaları noyabr və dekabr aylarında göndərilib və çox güman ki, bu il də missiyaların səfəri həmin dövrə təsadüf edəcək".
O qeyd edib ki, bu gün Azərbaycanda Dubay bazarına çıxmaq istəyən çox sayda orta və kiçik müəssisələr var və buna görə də Dubaya qarşıdakı ixrac missiyasında 10-dan çox Azərbaycan şirkətinin iştirakı gözlənilir.
E.Əliyev bildirib ki, Dubaya ixrac edilən Azərbaycan kənd təsərrüfatı məhsullarının keyfiyyəti çox yüksəkdir, lakin Dubay bazarının çox inkişaf etdiyini nəzərə alsaq, keyfiyyətlə yanaşı, məhsulların sabit tədarükünə daha böyük yetirilir:
"Fikrimcə, bu, ixrac malları və məhsullarının BƏƏ-nin rəqabətli bazarlarında uğurla təşviqi üçün vacib meyarlardan biridir. Bizim şirkətlər arzuolunan nəticə əldə etmək üçün bu istiqamətdə ciddi irəliləməlidirlər. Azərbaycan öz ixrac potensialından çıxış edərək ciddi işlər görüb və bu istiqamətdə razılaşmalar yalnız BƏƏ ilə deyil, həm də Avropanın aparıcı ölkələri ilə əldə olunub. Gələcəkdə milli məhsulların, xüsusilə Fars Körfəzi ölkələrinin bazarlarına ixrac coğrafiyasını genişləndirmək məqsədilə danışıqların aparılması nəzərdə tutulur".
Ticarət nümayəndəsi deyib ki, Azərbaycan məhsulları artıq Dubayda (Gulfood 2017) və Almaniyada (Prowein) keçirilən sərgilərdə nümayiş etdirilib və bu sərgilərdə 20 Azərbaycan şirkəti iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info