Əbülfəs Qarayev Gəncədə vətəndaşları qəbul edib
Tarix: 22.06.2013 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncədə Şəmkir, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Daşkəsən, Göygöl, Samux, Yevlax və Ucar rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib.
Vətəndaşlar əsasən fəxri adların verilməsi, tarixi abidələrin bərpası, uşaq musiqi məktəblərinin nəzdində rəqs şöbəsinin yaradılması, yeni turizm marşrutlarının yaradılması, Samux rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin, Göygöl rayonunda Rəsm qalereyasının açılması, Gədəbəy rayonunda Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi, Qazax teatrında səs və işıq sistemlərinin yenidən qurulması, Göygöl rayonunda Turizm-informasiya mərkəzinin yaradılması, Şəmkir rayonunda Turizm kollecinin açılması, Gəncə şəhərindəki Məhsəti qəsəbəsində kitabxana və mədəniyyət evinin yaradılması, eləcə də uşaq musiqi məktəblərinin musiqi alətləri təminatı, Şəmkir qalasına dövlət statusunun verilməsi, Kəlbəcər rayon muzeyinin yeni bina ilə təmin edilməsi, Ağstafa Mədəniyyət Evinin bazasında uşaq teatrının yaradılması, Daşkəsəndə abidələrin qeydiyyata alınması və s. məsələlərlə bağlı müraciət edib. Qəbulda vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib, bir sıra məsələlərin həlli ilə bağlı araşdırmalar aparılması üçün tapşırıqlar verilib.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info