Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib
Tarix: 20.08.2018 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş tədbir keçirib.
Tədbirdə Çingiz Qurbanovun atası Salman Qurbanov, anası Nailə xanım Qurbanova, doğmaları, hərbçilər, müxtəlif qurumların nümayəndələri iştirak edib.
İştirakçılar mərkəzdə Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş xatirə guşəsinin önünə gül dəstələri düzüblər. Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri İlham Məhərrəmov bu tədbirin mərkəzdə “Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adı altında artıq üçüncü tədbir olduğunu, gələcəkdə də belə tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Tədbir zamanı Çingiz Qurbanovun şərəfli həyat yolundan bəhs olunub. 2016-cı ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Çingiz Qurbanovun 2016-cı ilin dekabrın 29-da Ermənistan kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmancasına həlak olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə Çingiz Qurbanova ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Tədbirdə Çingiz Salmanova həsr edilmiş film nümayiş edilib.
Bundan əvvəl Mərkəzdə Azərbaycanın Milli Qəhrəmanları Asif Məhərrəmov və Cavanşir Rəhimova həsr olunmuş tədbirlər keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info