Joze Manuel Barrozu: “Azərbaycanda böyük tərəqqi var”
Tarix: 22.06.2013 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşüb. Danışıqların yekununu dəyərləndirən Joze Manuel Barrozu görüşün “çox açıq, konstruktiv və dostluq atmosferində” keçdiyini deyib. Görüşdə tərəflər energetika məsələlərini, “Cənub qaz dəhlizi”nin reallaşdırılması məsələsini müzakirə ediblər. “Azərbaycan Avropa Birliyi üçün çox mühüm tərəfdaşdır”- deyə, Joze Manuel Barrozu bildirib.
O, qeyd edib ki, Azərbaycan Prezidenti ölkəsinin Avropaya qaz nəqli layihəsinə dair seçimini gələn həftə edəcəyini bir daha təsdiqləyib: “Bu, “Şahdəniz” konsorsiumu üçün kommersiya qərarıdır, lakin qeyd etmək istərdim ki, hər iki marşrut Avropa bazarına enerji nəqlinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan qazının nəqlinə dair layihələrin reallaşması hər iki tərəfə sərfəlidir. Layihə 2019-cu ilə kimi Avropaya 10 milyard kubmetr qazın çatdırılmasına imkan verəcək. Biz bununla dayanmayacağıq. “Cənub dəhlizi” Avropanın qaza olan tələbatının 10 faizindən çoxunu ödəyə biləcək və enerji təhlükəsizliyinə, stabilliyə, yeni iş yerlərinin açılması məqsədinə xidmət edəcək”. Joze Manuel Barrozu görüşdə Azərbaycanın gələn il Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, ölkədə keçiriləcək prezident seçkiləri, Cənubi Qafqaz regionunda vəziyyət barədə fikir mübadiləsi apardıqlarını deyib.
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli nizamlanmasına tərəfdar olduqlarını bildirən Barrozu Avropa Birliyinin bu istiqamətdə ATƏT-in Minsk qrupunun göstərdiyi səyləri dəstəklədiyini deyib. Prezident İlham Əliyev isə öz növbəsində bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır: “Çünki bu münaqişə nəticəsində Azərbaycan torpaqları bu gün də işğal altındadır“. Azərbaycan-AB əməkdaşlığından danışan Prezident bildirib ki, energetika sahəsində əməkdaşlıq bu münasibətlərin tərkib hissəsidir. O, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə bundan əvvəl imzaladıqları “Cənub qaz dəhlizi”nin inkişafına dair Birgə Bəyannaməni xatırladıb: “Ümidvaram ki, Avropaya nəql olunan Azərbaycan qazının həcmi “Şahdəniz”lə bağlı iki layihə ilə məhdudlaşmayacaq. Çünki Azərbaycanın təsdiq olunmuş 2 trilyon kubmetrdən çox qaz ehtiyatı var və Avropa Azərbaycan qazı üçün əsas bazara çevriləcək”.

“Azərbaycanda heç kim siyasi
baxışlarına görə həbs olunmur”

Jurnalistlərin sualını cavablandıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur. Prezident bildirib ki, onun opponentlərindən heç biri həbsdə deyil: “Azərbaycanda “siyasi məhbus” yoxdur, AŞPA Monitorinq Komitəsinin hesabatını oxusanız, buna əmin ola bilərsiniz. Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir. Azərbaycan demokratik ölkədir. Ölkədə müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərir”. Prezident qeyd edib ki, ölkədə hələlik seçki kampaniyası başlamayıb, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçilər dəvət edəcək.

“Prezident İlham Əliyev ölkəsinin müasirləşməsi xəttinə bağlıdır”

Joze Manuel Barrozu Azərbaycanda insan haqları və demokratiyanın durumuna dair sualı belə cavablandırıb: “Azərbaycan Sovet İttifaqının - azadlıqların olmadığı totalitar rejimin bir hissəsi olub. Buna görə də bu gün müstəqil, suveren ölkə olan Azərbaycandakı vəziyyətə və bir zamanlar mövcud olan Azərbaycandakı vəziyyətə baxsaq, ədalətli olaraq ölkədə böyük tərəqqi olduğunu görmüş olarıq”. O, qeyd edib ki, hər ölkənin öz özəllikləri var: “Hansısa ölkədə demokratiyadan danışan zaman bu ölkənin öz tarixindən, coğrafiyasından, üzləşdiyi problemlərdən irəli gələn özəlliklərinin olduğunu nəzərə almaq lazımdır. Bu o demək deyil ki, Azərbaycan bu gün bütün standartlara cavab verir. Səmimi qəlbdən güman edirəm ki, tərəqqiyə nail olmaq üçün şəffaflıq və demokratik islahatların keçirilməsi zəruridir. Və tam şəkildə əminəm ki, Prezident İlham Əliyev ölkəsinin müasirləşməsi xəttinə bağlıdır və Azərbaycanın imicinin, nüfuzunun qeydinə qalır”. Barrozu qeyd edib ki, insan haqları Avropa Birliyinin tərəfdaş ölkələrlə əməkdaşlığının əsas maddəsidir: “Avropa da mükəmməl deyil və biz bütün AB ölkələrində və tərəfdaş dövlətlərdə bütün hüquqların qorunmasına əmin olmaq kimi bir məsələdə sayıq olmalıyıq”.





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info