“Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyəcək”
Tarix: 22.06.2013 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Kazım Cəlali arasında görüş keçirilib.
İRİB-in yaydığı məlumata görə, görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi vurğulanıb. Z.Əsgərov Həsən Ruhanini İranın yeni prezidenti seçilməsi münasibətilə təbrik edərək, seçkilərin demokratik şəraitdə keçirildiyini və qürurverici olduğunu bildirib: “Ümid edirəm ki, yeni dövrdə də iki ölkə münasibətləri yüksələn xətt üzrə davam edəcək”. Z.Əsgərov İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə də toxunub: “Azərbaycan xarici qüvvələrə bu ölkə ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyəcək”. K.Cəlali isə öz növbəsində İran və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsini iki xalq və dövlətin xeyrinə adlandırıb: “Xarici qüvvələrin iki ölkənin münasibətlərinə xələl vurmasına icazə verməmək lazımdır”. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsi İranın strategiyasıdır: “Biz hesab edirik ki, xarici qüvvələr Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info