“Milli şura”da elə ilk sessiyadan “razborkalar” başladı
Tarix: 22.06.2013 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“25 ildir, eyni şeyi danışırsınız”

Sülhəddin Əkbər: “Belə getsə, “milli şura”nı tərk edəcəyəm”


“Milli şura”nın ilk sessiyasında mübahisə düşüb. MŞ üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının çıxışı digər MŞ üzvü, Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti Ənnağı Hacıbəylinin etirazına səbəb olub.
F.Qəhrəmanlının əsasən hakimiyyətin tənqidi üzərində qurduğu çıxışından sonra söz alan Ə.Hacıbəyli üzünü Müsavat başqanı İsa Qəmbərə tutaraq, “25 ildir, eyni şeyi danışırsınız. Biz bunları çox eşitmişik. “Milli şura”nın vəzifələri, təkliflər barədə danışın. Reqlament müəyyənləşdirin” deyə narazılıq edib. İ.Qəmbər isə bildirib ki, çıxışçılar bu etirazı nəzərə almalıdır. Belə görünür ki, İsa Qəmbər digər “milli şura” üzvlərinin AXCP-çiləri tənqid etməsini fürsət bilib və dolayı olaraq o da F.Qəhrəmanlının çıxışına irad bildirib ki, “çıxışçılar bu etirazı nəzərə almalıdır” deyib...
Qeyd edək ki, “milli şura”dakı qarşılıqlı narazılıqlar bununla bitməyib. Sessiyada Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər “milli şura”ya yeni üzvlərin qəbul olmasına etiraz edib. O, etirazında bildirib ki, “milli şura”ya üzvlüklə bağlı prosedur qaydaları olmalı, quruma üzvlük müəyyən razılaşmalardan sonra baş tutmalıdır: “Yoxsa kimsə özü ilə 20-30 nəfər gətirsin, biz də onları “milli şura”ya qəbul edək. Mən buna qəti etiraz edirəm. Belə getsə, buranı tərk edəcəyəm”. Müsavat başqanı İsa Qəmbər isə deyib ki, “milli şura”ya yeni üzvlərin qəbulu əsasnamədə də əksini tapıb: “Ona görə də “çıxıb gedəcəyəm” və ya başqa ifadələr səsləndirmək düzgün deyil”.
Göründüyü kimi, “milli şura” görüntü xatirinə kim gəldi, üzvlüyə qəbul aparılmaqla “çoxaldılır”. Halbuki “milli şura”da təmsil olunanlar qətiyyən bir-birilərini qəbul etməyən, bir-birilərini hər çıxışlarında aşağılayan, antoqonist mövqelərdən təşkil olunub. Əvvəlcədən də bildirmişdik ki, “milli şura” yalnız müxalifətin yeni didişmə mərkəzlərindən biri kimi yadda qalacaq. Burada təmsil olunan qüvvələr hər məsələdə bir-birilərinə zidd olduqları üçün heç vaxt anlaşa, yola gedə bilməyəcəklər. Seçkidəki uğursuzluqlardan sonra isə bu qurum parçalanmaqla müxalifəti daha da deqradasiyaya aparacaq, hər bir tərəf ayrılıqda öz səngərinə çəkilib, aralarındakı mübarizəni davam etdirəcək.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info