“Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
Tarix: 20.08.2018 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Azərbaycan iqtisadiyyatının inkişafı, onun bir sıra ölkələrə də müsbət təsiri artıq göz qabağındadır. Türkiyənin “Jeopoliturk.com” saytında “Kilit ölkə Azərbaycan” adlı yazıda da Azərbaycanın Türkiyə iqtisadiyyatında rolu əksini tapıb.
Müəllif Ataalp Pınarer qeyd edir ki, Azərbaycan Türkiyə və Qərbi Asiyada yüksələn geosiyasi mübarizədə açar ölkə halına gəlib. Bunun üç əsas səbəbi var. Bunlar Azərbaycanın neft və təbii qaz sərvəti; Enerji nəqlində tranzit ölkə olması; Şərq-Qərb və Şimal-Cənub axınında nəqliyyat və tranzit mərkəzində yerləşməsidir.
Türkiyə üçün isə Xəzər dənizinin kənarında, türk dünyasının və Avrasiyanın qapısı olan Azərbaycandır.
Sənayesi və iqtisadiyyatı sürətlə inkişaf edən və böyüyən Türkiyə, artan enerji ehtiyaclarını təhlükəsiz, iqtisadi və fasiləsiz şəkildə əldə etmək istəyir. Bunun ən etibarlı, yaxın və iqtisadi yolu dost və qardaş Azərbaycanın qaynaqlarının və bu ölkə üzərindən keçən enerji xətlərinin istifadəsidir. Türkiyənin enerji və logistikasında əsas xətt və nəqliyyat terminalı olma hədəfi, ilk olaraq Azərbaycanın bununla bağlı inkişafından və müvəffəqiyyətindən asılıdır.
Qeyd edilir ki, Azərbaycanın sabitlik, rifah və müstəqilliyi həm Türkiyə, həm də Qərbi Asiyadakı sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir: “Azərbaycanın neft ehtiyatları Yaxın Şərqlə müqayisədə aşağı olsa da, bu səviyyədə ehtiyat belə, Türkiyə üçün önəmli əhəmiyyətə malikdir. Yaxın Şərqdə təsdiq edilmiş ehtiyatlar 742,7 milyard barel təşkil edir ki, bu da dünyanın ümumi həcminin 61,5 faizini təşkil edir. British Petroleum (BP) tərəfindən yayımlanan “Review of World Economy” adlı hesabata görə, ölkədə 7 milyard barel neft ehtiyatı var. Bu rəqəm dünya ehtiyatlarının 0,6-a bərabərdir. Ölkənin ehtiyat/istehsal nisbəti 29,3 faiz təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) məlumatlarına əsasən, ölkənin təsdiq edilmiş neft ehtiyatları 17,5 milyard barel təşkil edir. Hər halda, bu ehtiyat Türkiyənin təxminən 15-20 illik neft istehlakını qarşılayacaq səviyyədədir”.
Göstərilir ki, Azərbaycanın əsas enerji ehtiyatı təbii qazdır. Avropa ekspertlərinin verdiyi məlumata görə, Azərbaycanın quruda və dənizdə təbii qaz ehtiyatları 2011-ci ildə ehtiyat sahələri istisna olmaqla, 1,3-3 trilyon kubmetr təşkil edir. Azərbaycanın rəsmi mənbələrinə görə, bu, 2,55 (mütləq) və 5 ilə 7 arası (mümkün) trilyon kubmetr kimi ifadə edilir. Bu ehtiyat Türkiyənin illərlə ehtiyacını qarşılayacaq böyüklükdədir. Azərbaycan bir neçə il içində illik təbii qaz istehsalını, Türkiyənin illik ehtiyacı olan 40 ilə 50 milyard kubmetr arasında bir rəqəmə çatdıra biləcək.

Azərbaycanın ixrac imkanları

Azərbaycan xarici ticarət siyasətində müəyyənedici faktor enerjidir. Azərbaycan ixracatında neft və təbii qazın payı 90 faizdir. 2016-cı ildə Azərbaycanın ümumi ixracı 12,6 milyard ABŞ dolları təşkil edib. Bu, neft və təbii qaz ixracı üçün 11,35 milyard dollar dəyərindədir. Növbəti 15 il ərzində Azərbaycanın neftdən 50 milyard dollar gəlir əldə edəcəyi gözlənilir.
Azərbaycanın Türkiyəyə ixracatı 2016-cı ilin rəqəmlərilə 278 milyon dollardır. Türkiyə Azərbaycanın ixrac etdiyi ölkələr sırasında 13-cü sırada gəlir.
Enerji resurslarını təhlükəsiz və iqtisadi cəhətdən nəql etmək, enerji tranzit ölkəsi olaraq və dəmir yolu nəqliyyatı baxımından kommersiya tranzit ölkəsi olaraq əlavə iqtisadi və strateji üstünlüklər əldə etmək və ixrac məhsullarını istehlak bazarlarına etibarlı, iqtisadi və sürətli bir şəkildə çatdırmaq Türkiyə və Azərbaycanın ortaq hədəfləridir.
Azərbaycan mövcud neft hasilatını 3 müxtəlif boru kəməri ilə ixrac edir. İstehsalın 80% -i Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac olunur. Bu xəttin təhlükəsizliyi, Türkiyənin enerji təmini üçün strateji əhəmiyyətdədir.
Bundan əlavə, Azərbaycan təbii qazının türkmən qazı ilə birlikdə Qərbə çatdırılmasını təmin edəcək qaz boru xətti TANAP və Cənub Qaz Dəhlizinin ən qısa müddətdə tamamlanması artıq təcili bir tələbatdır.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat axınlarının mərkəzində yerləşir. Əlavə olaraq, həm "Bir kəmər-bir yol” layihəsində, orta nəqliyyat xəttinin Türkiyə və Avropaya açılan qapısı, həmçinin Hindistan və İranı Rusiya və ya Gürcüstan üzərindən Avropaya bağlayacaq Şimal-Cənub Nəqliyyat Xəttinin mərkəz ölkəsi olmaq vəziyyətindədir.
Nəqliyyat xətlərinin ən strateji mövqeləri üzərində olan Azərbaycan və Türkiyənin yaxın əməkdaşlığı, dünya ticarət, iqtisadi və siyasi güc mübarizəsində möhtəşəm ortaq gələcəyin təməlini yaradır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info