Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz bəyanatı qəbul edib
Tarix: 22.06.2013 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Milli Məclisin iclasında Avropa Parlamentinin iyunun 13-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə dair etiraz bəyanatı qəbul edilib. Bəyanatı bununla bağlı yaradılmış İşçi Qrupunun rəhbəri, vitse-spiker Valeh Ələsgərov oxuyub.
Bəyanatda deyilir ki, Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən biridir, Avropa Birliyi ilə assosiativ saziş hazırlanır: “İyunun 13-də Azərbaycanla bağlı məsələnin Avropa Parlamentinin plenar iclasında müzakirəyə çıxarılması və qətnamə qəbul etməsi anlaşılan deyil. Avropa Parlamentinin məsələni dəqiqləşdirmədən, tələm-tələsik belə bir qətnamə qəbul etməsi təəssüf doğurur. Bir sıra şəxslərin həbs müddətinin uzadılması yeni halların üzə çıxması ilə bağlıdır. Həbs edilmiş şəxsin qeyd-şərtsiz, təcili azad edilməsi tələbi qəbuledilməzdir”.
Bildirilir ki, Azərbaycanda rəsmən prezident seçkiləri kampaniyası başlamayıb, prezidentliyə namizədlər qeydiyyatdan keçməyib: “Cinayət Məcəlləsinə edilən dəyişikliklər də “Diffamasiya haqqında” qanunun qəbuluna heç bir maneə törətmir. İnternetlə bağlı hər hansı problem yoxdur. Azərbaycan xalqı demokratik inkişaf yolu tutub. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli mexanizmi var. Azərbaycanın insan hüquqlarını pozan bir dövlət kimi Avropa Parlamentində müzakirəyə çıxarılması qeyri-obyektiv hal kimi qiymətləndirilməlidir. Bu, Avropa Birliyinin Azərbaycanla bağlı siyasətini fərqli istiqamətə yönəltməyə cəhddir. Bu, yeni qaz dəhlizi ilə bağlı qərarın qəbulu və prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsinə təsadüf edir və iqtisadi maraqlardan xəbər verir. Azərbaycan müstəqil dövlətdir və onun Avropa Birliyi ilə münasibətləri hüquq bərabərliyi əsasında inkişaf etdir. Heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”.
“Avropa Parlamentinin Azərbaycana nəyisə diktə etmək hüququ yoxdur. Bu baxımdan iyunun 13-də Avropa Parlamentinin 32 deputatın səsi ilə Azərbaycanla bağlı qəbul etdiyi qərar qərəzlidir”. Bunu Milli Məclisin sədri Oqtay Əsədov iclasda deyib. O bildirib ki, Azərbaycan həmişə hansısa uğura imza atanda Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edir: “Bu gün Azərbaycan Avropa İttifaqı ilə çox konstruktiv əməkdaşlıq edir. İlk dəfə Avropa Parlamenti ilə Milli Məclis arasında Əməkdaşlıq Komitəsi yaradıldı. Azərbaycan Avronest Parlament Assamblesyasının aktiv iştirakçısı oldu. Məqsəd Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlığı inkişaf etdirmək idi. Ancaq Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyasında məsələ müzakirə olunmadan Avropa Parlamentində müzakirəyə çıxarılır. Mən həmin qətnamə layihəsi müzakirəyə çıxarılan zaman Brüsseldə idim. Ancaq təəssüf ki, Azərbaycanla dostluq qrupunun üzvləri orada iştirak etmirdi. Avropa Parlamentinin məqsədi Azərbaycana təzyiqdir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info