Almaniya Türkiyədəki proseslərə biganə qalmayacaq
Tarix: 21.08.2018 | Saat: 15:41:00 | E-mail | Çapa göndər



"Türkiyənin iqtisadi baxımdan sabit olması və məzənnə qasırğalarının dayandırılması hər kəsin marağına xidmət edir"


ABŞ-ın müdafiə naziri Mattis Türkiyə və ABŞ hərbçilərinin Menbiçdə birgə nəzarət fəaliyyəti üçün lazımi təlimlərin yaxın günlərdə başlayacağını açıqlayıb. Latın Amerikası ölkələrinə səfər edən ABŞ müdafiə naziri Cim Mattis təyyarədə onu müşayiət edən amerikalı mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Mattis Menbiç ətrafında koordinasiyalı, lakin müstəqil fəaliyyət göstərən türk və amerikan hərbi qüvvələrinin nə zaman birgə nəzarət fəaliyyətinə başlayacağına dair verilən sualı belə cavablandırıb: "72 saat içində deyə bilərəm. Çox yaxında, bəlkə də, daha əvvəl". Müdafiə naziri sözügedən təlimlər üçün müvafiq personalın və avadanlıqların hazırda Türkiyədə olduğunu qeyd edib, ancaq detallar barədə məlumat verməyəcəyini bildirib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da keçirdiyi mətbuat konfransında Menbiçdəki prosesdən bəhs edib. O qeyd edib ki, Menbiçdə birgə nəzarət fəaliyyətləri olacaq: "Bu günə kimi ayrı-ayrılıqda nəzarət fəaliyyətləri, təlimlər həyata keçirildi. Amma Menbiçin təhlükəsizliyini təmin edəcək şəxslərin yerli xalqdan olması, həm də regionu idarə edəcək şəxslərin müəyyənləşdirilməsi məsələsində birgə fəaliyyət nəzərdə tutulur". F-35 mövzusuna da toxunan Çavuşoğlu deyib: "F-35 məsələsi ilə bağlı ABŞ hakimiyyəti Konqresə 90 gün ərzində hesabat yazacaq. İlk təyyarələr təhvil verilib. Bu, prosesə heç bir məhdudiyyət gətirmir, bunların öz daxili prosedurlarıdır. Digər məsələlərdə olduğu kimi, F-35 məsələsində də biz onların tərəfdaşıyıq. Yəni bu, "mən istədim, olmadı" və ya "Türkiyə çıxsın" kimi bir tərəfin ləğv edə biləcəyi proses deyil". TRT bildirir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar da bəyan edib ki, Türkiyə və ABŞ-ın Menbiçdə təhlükəsizlik məqsədi daşıyan nəzarət fəaliyyətləri istiqamətində iki ölkənin hərbi qüvvələrinin birgə təliminə yaxın vaxtlarda başlanacaq: “Türkiyə və Amerika Birləşmiş Ştatlarının Menbiçdə təhlükəsizlik məqsədi daşıyan nəzarət fəaliyyətləri planauyğun şəkildə davam edir”. Hulusi Akarın birgə nəzarət fəaliyyətinə dair açıqlaması Müdafiə Nazirliyinin internet saytından yayıldı. Akar açıqlamasında bunları bildirib: "Sonrakı mərhələdə başlaması planlaşdırılan birgə nəzarət fəaliyyətləri ilə bağlı hər iki ölkənin silahlı qüvvələrinə aid birliklərin birgə təlimlərinin yaxın zamanda başlanması nəzərdə tutulur". Bu arada Almaniya kansleri Angela Merkel də Suriyadakı vəziyyətlə bağlı açıqlama verib. Merkel bildirib ki, Suriyada müsbət dəyişikliklər baş verir və orada humanitar fəlakətin qarşısını almaq vacibdir. Almaniya hökumət ortağı olan Sosial Demokrat Partiyasının lideri Andrea Nahles Türkiyənin iqtisadi sabitliyinin hər kəsin xeyrinə olduğunu açıqlayıb. Sosial Demokrat Partiyasının lideri Andrea Nahles jurnalistlərlə görüşündə Türkiyədəki proseslərə Almaniyanın biganə qala bilməyəcəyini və lazım gəldiyi anda yardım etməsinin vacibliyini vurğulayıb. Nahles Türkiyənin əhəmiyyət verilməyəcək bir ölkə olmadığına və NATO-dakı mövqeyinə də diqqət çəkərək deyib: "Türkiyənin iqtisadi baxımdan sabit olması və məzənnə qasırğalarının dayandırılması hər kəsin marağına xidmət edir".

Anar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info