Xeyirxahlığın, həmrəyliyin və fədakarlığın rəmzi olan müqəddəs Qurban bayramı
Tarix: 21.08.2018 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər! Sizi xeyirxahlığın, həmrəyliyin və fədakarlığın rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, dua və ibadətlərinizin Uca Tanrıdan qəbul olunmasını diləyirik.
Humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban bayramı hər il ölkəmizdə yüksək əhval-ruhiyyə və böyük təntənə ilə qeyd edilir. Azərbaycan xalqı öz adət-ənənələrinə, dininə, eləcə də milli-mənəvi dəyərlərinə hər zaman böyük ehtiram göstərib, tarixin ən çətin dövrlərində İslamın qardaşlıq və mehribanlıq prinsiplərinə sadiq qalaraq Qurban bayramını qeyd edib. Ümumilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra milli-mənəvi dəyərlərimizin qorunmasına diqqətin artırılması, dini bayramların rəsmi qeyd olunması, ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse – prezident Mehriban xanım Əliyevanın bu siyasəti uğurla davam etdirməsi ölkəmizdə din sahəsinə göstərdiyi qayğının təzahürüdür.
Bir daha sizi və dünyanın müxtəlif guşələrində məskunlaşan bütün həmvətənlərimizi müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün vətən övladlarına Ulu Tanrıdan rəhmət diləyirik. Bayramınız mübarək!”




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Bakıda İran Ticarət Mərkəzi açılıb
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19.04.2019
Qış havası olacaq: şimşək çaxacaq, yağış yağacaq, qar yağacaq...
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu
19.04.2019
İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info