“İcra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində problemlərin bir qismi aradan qaldırılıb”
Tarix: 21.08.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda piyada səkiləri ilə yanaşı, avtobus dayanacaqlarının zəbt edilməsi problemi də müşahidə edilir.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, belə olan halda piyadalar məcbur olub yolun hərəkət hissəsinə keçirlər ki, bu da təhlükəsizliyin təmin edilməsinə problemlər yaradır.
F.İsmaylov bildirib ki, bir neçə gün öncə Xətai rayonunda da belə bir problem meydana çıxmışdı: “Dovlət başçısının Bakı Nəqliyyat Agentliyi qarşısında qoyduğu ən vacib tapşırıqlarından biri də piyadaların təhlükəsizliyini təmin etməkdir və biz bütün aidiyyəti qurumları birgə koordinasiya şəklində bu işləri görməyə dəvət edirik”.
BNA-nın mətbuat katibi Mais Ağayev isə bildirib ki, Xətai rayonundakı problem qismən öz həllini tapıb və dayanacaq məntəqəsi ətrafında quraşdırılmış hasarlar sökülüb, hazırda isə dayanacaq pavilyonuna dəymiş zərər aradan qaldırılır.
O əlavə edib ki, Binəqədi rayonunda dayanacağın zəbt edilməsinin aradan qaldırılması istiqamətində rayon İcra Hakimiyyəti ilə birgə iş aparılır.
Həmçinin Fuad İsmayılov deyib ki, Nəsimi, Səbail, Binəqədi və Nərimanov rayonlarında piyada səkilərinin yoxlanması prosesi başa çatıb.
Onun sözlərinə görə, müəyyən olunub ki, səkilər bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub, ya da standartlara cavab vermir.
F.İsmayılov bildirib ki, bu da piyadaların rahat və təhlükəsiz hərəkətinə mane törədir.
BNA rəsmisi qeyd edib ki, rayon İcra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində bu problemlərin bir qismi aradan qaldırılıb: "Hazırda bu istiqamətdə işlər davam etdirilir".
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21.05.2019
Şəhid Adil Tatarovun il mərasimi keçirilib
21.05.2019
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21.05.2019
Daxili işlər naziri Qəbələ və Bakıda sıra baxışı keçirib: 361 nəfər xidmətə qəbul olunub
21.05.2019
Prezidentin satıcı ilə söhbəti - Video

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info