Norveçdə CAN adlı diaspor təşkilatı yaradılıb
Tarix: 21.08.2018 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Norveçdə CAN təşkilatı yaradılıb. Bu haqda CAN-nın sədri Şervin Nəcəfpur məlumat verib. Şervin Nəcəfpur CAN-nın məqsəd və məramını açıqlayaraq bildirib ki, missiyası Azərbaycan və Norveç arasında güclü dostluq körpüləri qurmaqdır: “Təşkilatın dəyərləri açıqlıq, tolerantlıq, müxtəliflik, inam və hörmətə əsaslanır. Ata-babalarımızın başladığı uğurlu addımlarını biz yeni nəsil davam etdirməklə bu yükün ağırlığının fərqindəyik. Devizimiz budur: “SonsuzaCAN, AzərbayCAN!”. Harada doğulmağımızdan asılı olmayaraq, bu gün fəxr ilə “biz azərbaycanlıyıq” deyə biliriksək, bu bizim əsas qəhrəmanlarımız olan valideynlərimizin sayəsindədir. Onların bizə vermiş olduqları tərbiyə, vətən sevgisi və s. xarakterlərimizdə böyük rol daşıyır”.
Atıq təşkilatın “cannorway.com” adlı saytı da fəaliyyət göstərir. Şervin Nəcəfpur saytı ictimaiyyətə təqdim edərək bildirib ki, iki neft ölkəsi arasında bərabər inam və açıq dialoq yaradıb münasibətləri daha da gücləndirəcəklər: “CAN təşkilat sədri olaraq, rəsmi internet səhifəmizi sizlərə təqdim etməklə fəxr edirəm! Məqsədimiz Norveçdə yaşayan digər etnik qruplara, Azərbaycanın mədəni irsini, tarixini və aktual mövzuları paylaşmaq və Azərbaycan xalqına, eləcə də türk dünyasına Norveçin mədəni irsini, tarixini, aktual mövzularını paylaşmaq və tanıtdırmaqdır”.
CAN təşkilatı ilk işi olaraq Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına qoşulub. Kampaniya çərçivəsində CAN adından da Norveçdəki soydaşlarımız dünya azərbaycanlılarını təbrik ediblər.
Xatırladaq ki, CAN təşkilatının sədri Şervin Nəcəfpur Azərbaycan həqiqətlərini Norveçdə aktiv təbliğ edən soydaşlarımızdandır. Norveçin İmmiqrant Bələdiyyə Şurasına seçilən ilk azərbaycanlı xanım, Mühafizəkarlar Partiyasında yerli siyasətçi Şervin Nəcəfpur da var. O, Norveçdə bir çox dərnəklərlə zaman-zaman əməkdaşlıq edərək tədbirlər keçirib, Xocalı soyqırımını illərlə xaricdə çox yüksək səviyyədə təbliğ edib. Norveçdə Biznes İnstitutunda Beynəlxalq marketinq üzrə təhsil alan Şervin Nəcəfpur, eyni zamanda dünyada moda üzrə tanınmış dizaynerdir. Onun İstanbul, Oslo, Bakı və digər şəhərlərdə möhtəşəm moda sərgi və foto çəkilişləri təşkil olunub. Şervin Nəcəfpurun atası Atabəy Nəcəfpur da Norveçdə aktiv diaspor üzvlərindədir. Atabəy Nəcəfpur CAN təşkilatının idarə heyətində təmsil olunur.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info