“Almaniya deputatının adı 2014-cü ildə “arzuolunmaz şəxslər“ siyahısına salınıb”
Tarix: 21.08.2018 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Almaniya Bundestaqının deputatı Albert Vayler 2014 və 2016-cı illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və ona görə də həmin dövrdən etibarən onun adı "arzuolunmaz şəxslər" siyahısına daxil edilib.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın "Bild" qəzetinin alman deputata Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yaydığı məlumatlara münasibət bildirərkən deyib.
H.Hacıyev bildirib: "Bəzi xarici kütləvi informasiya vasitələrində qeyd olunur ki, onun adı sanki indi həmin siyahıya salınıb. Bu məlumat düzgün deyil, yəni onun adı artıq 2014-cü ildən "arzuolunmaz şəxslər" siyahısındadır. Həmin insan qanunsuz olaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə səfər edib. Ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, qanunlarına hörmət edilməsi mütləq şəkildə vacibdir və bu əsnada da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ölkəmizin qanunlarının pozulması halıdır".
XİN rəsmisinin sözlərinə görə, bununla belə, Azərbaycanın məsələdə mövqeyi konstruktiv xarakter daşıyır, belə ki, bilavasitə Azərbaycana qarşı fəaliyyət aparmayan şəxslər bu kimi səfərlərdən sonra üzrxahlıq məktubları ilə müraciət etdikləri təqdirdə və Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına hörmət etdiklərini ifadə etdikləri halda onların adlarının siyahıdan çıxarılması kimi hallara baxıla bilər və belə bir təcrübə var:
"Həmin şəxs tərəfindən də müraciət olunarsa, bu kimi hala baxa bilərik, amma hazırda onun tərəfindən bizə belə bir müraciət daxil olmayıb. Ona görə də onun Azərbaycan Respublikası ərazisinə daxil olmasına qadağa mövcuddur".
Tural




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18.05.2019
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18.05.2019
Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır
18.05.2019
YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18.05.2019
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info