İrandan Türkiyə və Pakistana təklif
Tarix: 22.08.2018 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


İran prezidenti Həsən Ruhani üç ölkənin birlikdə döyüş təyyarəsi istehsal edə biləcəklərini açıqlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın "USA Today" qəzetinə məqalə yazıb. ABŞ-ın daxili siyasəti səbəb göstərərək Türkiyəyə qarşı əlavə gömrük rüsumları yönəltməsini tənqid edən Çavuşoğlu məqaləsində qeyd edib ki, öz ölkəsinin həyati dərəcədə milli maraqlarını bölüşdüyü bir müttəfiqi kənarlaşdırmaq özünə mane olmaqdır. Trampın Türkiyəyə qarşı sanksiyalarına diqqət çəkən Çavuşoğlu qlobal təhdidlərə qarşı əlaqələrin güclənməsinin lazım olduğu bir vaxtda zəiflədiyini bildirib və qeyd edib ki, bu vergilər ABŞ-Avropa ticari maraqlarına da mənfi təsir edəcək. Türkiyənin əhəmiyyətini vurğulayan Çavuşoğlu yazıb: "Tramp vergiləri yüksəltmək əvəzinə diplomatiyanı sınaqdan keçirməlidir. Türkiyə terror təşkilatı “İŞİD”-ə qarşı ön cərgələrdə vuruşan amerikan əsgərlərinin olduğu İncirlik bazasına ev sahibliyi edir". Çavuşoğlu ABŞ ilə Türkiyənin bir çox məsələdə fərqli düşüncələri olsa da, çoxsaylı strateji məsələdə də müttəfiq olduğuna diqqət çəkib. Xarici işlər naziri Türkiyənin müttəfiq olmağa və NATO-ya digər üzv ölkələrin çoxundan daha çox töhfə verməyə davam edəcəyini bildirib: "Hər kəsin yaxşılığı üçün aramızdakı anlaşılmazlıqları diplomatiya yolu ilə müzakirə etməliyik". ABŞ-Türkiyə münasibətlərinin kəskin olduğu bir vaxtda İrandan Ankaraya yeni əməkdaşlıq təklifi gəlib. İran prezidenti Həsən Ruhani paytaxt Tehranda keçirilən "Kövsər" qırıcısının təqdimat mərasimində Amerika Birləşmiş Ştatlarının sanksiyaları və İranın qonşu ölkələrlə münasibətlərindən danışıb. Müdafiə sənayesində maya dəyəri aşağı və təsir gücü yüksək olan silahlar istehsal etmək istədiklərini bildirən Ruhani İranın bu sahədə getdikcə gücləndiyini qeyd edib. Qonşu və dost ölkələr Türkiyə və Pakistan ilə müdafiə sahəsində əməkdaşlıq edə biləcəklərini vurğulayan İran prezidenti bu ölkələrin birlikdə fəaliyyət göstərəcəyi halda, döyüş təyyarəsi istehsal edə biləcəklərini və daha çox işlər görə biləcəklərini söyləyib. ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları tənqid edən Ruhani İranın qonşu ölkələrlə daha çox əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə nüvə müqaviləsinin ABŞ-sız davam edəcəyini, lakin Aİ ölkələrinin daha praktik addımlar atmalı olduğunu söyləyib. Məhəmməd Cavad Zərif İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasında millət vəkillərinin son hadisələrlə bağlı suallarını cavablandırdıqdan sonra jurnalistlərə açıqlamalar verib. Zərif nüvə müqaviləsinin ABŞ olmadan da Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya ilə davam edəcəyini qeyd edib, Aİ ölkələrinin bu məsələdə daha konkret və praktik addımlar atmalı olduğunu bildirib. Aİ ölkələrinin bank sahəsi və İrana sərmayə qoyacaq şirkətləri qorumaq istiqamətində müsbət addımlar atdığını dilə gətirən Zərif bu kimi addımların tətbiqi mərhələsinə keçilməsinin və daha çox zaman itirilməməsinin bu ölkələrin özləri üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. ABŞ-la bağlı daha bir çağırış Rusiyadan gəlib. Rusiya xarici işlər naziri Sergey Lavrov qısa müddət ərzində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyini bildirib. Sergey Lavrov deyib ki, ABŞ Suriyada destruktiv fəaliyyət göstərir və BMT də ABŞ-ın hərəkətlərinə seyrçi qalmaqla məşğuldur. Lavrov bildirib ki, ABŞ Suriya qaçqınlarının evlərinə qayıdışı və ölkənin bərpası üçün hazırlanan planı rədd edərək işi çətinləşdirir. Lavrov- Çavuşoğlu görüşündə Suriyadakı son vəziyyət və İdlib məsələləri müzakirə olunacaq. Türkiyənin Astana danışıqlarında zəmanətçi ölkələr arasında olduğunu xatırladan Lavrov deyib ki, Türkiyə ilə qaçqınlar məsələsində əməkdaşlıq davam edəcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info