“Ermənilər tərəfindən min bir işgəncəyə məruz qalan girovlarımızın təhlükəsizliklərinin təmin olunması hər birimizin borcudur”
Tarix: 22.08.2018 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Ülkər Musazadə: “Yalova deklarasiyasına Dağlıq Qarabağın erməni terrorundan təmizlənməli olmasını maddə olaraq əlavə olunmasına müvəffəq olduq”

Bu günlərdə Türkiyədə keçirilən “Türk Dünyası Jurnalistlər Konfransı”nda Dağlıq Qarabağ həqiqətləri, erməni terroru, eləcə də erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana geri qaytarılması məsələlərindən də danışılıb. Konfransda iştirak edən “Voicepress.az” Beynəlxalq İnformasiya Bürosunun rəhbəri, siyasi yazar Ülkər Musazadə öz təəssüratlarını bizimlə bölüşdü.

- Ülkər xanım, bu il artıq ikinci dəfədir Türkiyədə keçirilən ənənəvi Türk Dünyası Jurnalistlər Konfransında iştirak edirsiniz və böyük nailiyyətlə geri dönməyə müvəffəq olursuz. Bir qədər tədbirlə bağlı məlumat verərdiniz...

- Bəli. Bu il artıq ikinci dəfədir ki, bir jurnalist kimi Türkiyənin xarici siyasətində böyük önəm kəsb edən Yalova Deklarasiyasında Azərbaycanla bağlı önəmli məsələlərin yer almasına müvəffəq ola bilmişik. Azərbaycan, Bolqarıstan, Əfqanıstan, Krım, Suriya və İraq türklərinin və digər ölkələrin media mənsublarının qatıldığı toplantıda erməni iddiaları və azərbaycanlıların soyqırımı, Orta Şərqdən Qafqaza, Balkanlardan Orta Asiyaya uzanan Türk mədəniyyət coğrafiyasının əsas problemləri və digər məsələlər müzakirə mövzusu oldu. Bir sözlə, 60-dan çox ölkəni təmsil edən jurnalistlər bir yerə toplanaraq hər kəs öz siyasi problemlərindən söz açdı. Qeyd edim ki, böyük nüfuza malik “Yafem” təşkilatının təşkil etdiyi “Türk Dünyası Mədəniyyət Platforması” adı altında keçirilən “Türk Dünyası Jurnalistlər Konfransı”na (“Türk Qazeteçilər Toplantısı”) 60-dan çox ölkəni təmsil edən jurnalistlər qatılıb. Bu tədbir artıq 21 ildir ki, təşkil olunur.
- Sizin bu tədbirdə iştirakınıza dəstək verənlərdən biri də Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirliyi olub.
- Bəli. Mən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirliyinin mədəniyyət müşaviri İrfan Çifçiyə böyük ehtiramla öz təşəkkürlərimi çatdırmaq istəyirəm. Xüsusən də, Azərbaycan mətbuatını təmsil edən ayrı-ayrı nümayəndələrə göstərdiyi qayğı və diqqətdən dolayı. İrfan bəy haqda çox şey söyləmək olar. Amma onun Azərbaycan həqiqətlərini yaymaq adına mətbuata verdiyi dəstək danılmazdır. İrfan Çifçi Azərbaycanda Türkiyəni təmsil etsə də, onun ürəyi daim Azərbaycanla döyünür, ruhu isə azərbaycanlılara bəxş etdiyi sevinclə qidalanır, deyə bilərik. Böyük dəstəkdən dolayı bir daha ürəkdən İrfan Çifçiyə səfərdə olan nümayəndə heyəti adından təşəkkürümü bildirirəm.
-Konfransda siz Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana geri qaytarılması ilə bağlı Türkiyə dövlətindən yardım istəmisiz. Bu məsələyə aydınlıq gətirərdiz.
- Əslində, hər birimiz beynəlxalq mətbuat cəbhəsində Azərbaycan həqiqətlərini təbliğ etməliyik. Amma bunun üçün bir çoxları kimlərdənsə yardım gözləyir. Sanki hər kəs oturduğu yerdə gəlib, “get bu tədbirdə bunu de” tezisi ilə müraciət edəcək və həmin şəxs də, müraciətə uyğun olaraq, gedib borc verir kimi, çıxışını edib dönəcək. Əslində, bütün bunlar daha fərqli yanaşma ilə realizə olunmalıdır. Təbii ki, hər kəsin beynəlxalq arenada çıxış etmək üçün müəyyən maddi dəstəyə ehtiyacı olur. Bunun üçün biz ikiqat çalışmaq məcburiyyətindəyik. Xatırlayıram, böyük rus yazıçısı Anton Pavloviç Çexov doğulub böyüdüyü Toqanroq şəhərinə dönəndən sonra yazdığı kitabları cahil insanların oxuya bilmədiyini görür. O öncə insanlara yazıb-oxumağı öyrədir, daha sonra yazdığı kitabların onlar tərəfindən oxunmasına nail ola bilir. Çexov öz kitablarının oxunması üçün, görün, nə qədər əziyyət çəkməli, zəhmətə qatlanmalı olur. Niyə biz Azərbaycan həqiqətlərini hər kəsə anlatmaqdan usanmalıyıq? Onun üçün də biz bu dəfə erməni girovluğunda böyük işgəncələrə məruz qalan soydaşlarımızın geri qaytarılmasında Qardaş Türkiyədən yardım istədik. Çıxışımızı isə hər kəsdən fərqli olaraq həm türk, həm də ingilis dilində reallaşdırdıq. İngilis dilində Azərbaycan Sosial Rifah Partiyasının Ziyalı Qadınlar Şurasının fəal üzvü, 221 saylı orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Solmaz Səmədova çıxış edirdi. Məqsədimiz öz problemimizi özümüzün deyib, özümüzün eşitməsi deyil, dünyaya çatdırmaq idi. Beynəlxalq ictimaiyyətin anladığı şəkildə bir neçə dildə tərcümə ilə çıxışın daha uğurlu alınacağına inanırdıq və haqlı da olduq. Çıxış zamanı iştirakçı jurnalistlərin göz yaşlarını gördük. Ermənilərin vəhşiliyinə inanmaqda çətinlik çəkirdilər. Amma nəticə etibarilə yekdilliklə Dağlıq Qarabağın erməni terrorundan təmizlənməsi və Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması kimi önəmli məsələlərə səs verdilər. Ümumiyyətlə, tədbirdə “Qarabağ” sözündən “dağlıq” sözü çıxarılırdı. Bir çox türk qardaşlarımız "dağlıq" sözünü qəbul etmir. Amma BMT-nin qətnamələrində "Dağlıq Qarabağ" kimi qeydə alınmasını əsas gətirərək, "dağlıq" sözünü yenidən deklarasiyaya əlavə etməyə müvəffəq olduq. Afrin əməliyyatı, Fırat Qalxanı əməliyyatlarını göz önündə canlandıraraq, Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanın "Dağlıq Qarabağı da erməni terrorçulardan Afrindəki kimi təmizləyəcəyik" ifadəsini nəzərə alaraq, Yalova deklarasiyasına Dağlıq Qarabağın da, erməni terrorundan təmizlənməli olmasını maddə olaraq əlavə olunmasına müvəffəq olduq. Digər baxımdan Xocalı soyqırımının daha yüksək və geniş kütlə arasında təbliği məsələsini də gündəmə gətirməyə müvəffəq olduq. Mən öz çıxışımda da bildirdim ki, mədəniyyətimizi, ənənələrimizi, yaxşı nə varsa, hər bir şeyimizi biz türklər paylaşırıq. Axı nəyə görə türklərə qarşı yüz illərlə törədilən qətliamları paylaşmamalıyıq? Bu bir tək Azərbaycanın deyil, bütün türk dünyasının qətliamı olmalıdır.
- Siz tədbirdə çıxış edərkən Rusiyanın vətəndaşı Dilqəm Əsgərov və Şahbaz Quliyevin Rusiyaya ekstradasiyası ilə bağlı heç bir fəaliyyət sərgiləmədiyini də bildirdinzimi?
-Bəli. Gümrüdə Rusiya bazasında Rusiya ordusunun əsgəri Primakovun Gümrüdə yaşayan 7 nəfərdən ibarət olan bir erməni ailəsini qətlə yetirməsinə baxmayaraq, həmin şəxsin Rusiya vətəndaşı olmasını əsas gətirərək, Rusiya Primakovun cəzasını Rusiyada çəkməsini tələb etdi və buna nail oldu. Eyni tendensiya nə üçün Dilqəm Əsgərov üçün istifadə olunmur? Burada bir təzad var. Bir çox hüquq müdafiəçiləri “biz girovlarımızın ekstradisiyasını tələb edsək, onları cinayətkar kimi qəbul etdiyimizi bildirəcəklər”, deyib, bunu etmirlər. Mən bu tendensiyanın yanlış olduğunu düşünürəm. Ermənilər tərəfindən min bir işgəncəyə məruz qalan girovlarımız canlı insanlardır. O insanların tezliklə təhlükəsizliklərinin təmin olunması ilk öncə hər birimizin borcudur. Hesab edirəm ki, girovlarımızın təqsirsiz olmasını biz onların ekstradisiyasından sonra da sübuta yetirə bilərik. İndiki şəraitdə əsas məqsəd və meyarımız soydaşlarımızın tez bir zamanda təhlükəsizliklərinin təmin olunmasını reallaşdırmaqdır.
-Bildiyimizə görə, türk dünyası adına təşkil edilən bir tədbir idi. Sizcə, türk dünyasının birliyi nə qədər mümkündür?
-Bilirsiz, bu gün beynəlxalq geosiyasi məkanda təzadlar həddindən artıq çoxdur. Türk dünyasının birləşməsini, Türk dünyası ölkələrindən başqa, kimsə istəmir. Hətta bəzi məqamlarda elə onların arasında da müəyyən qalmaqallar yaranır. Bu heç kəsə siyasi baxımdan sərf etmir. Bu, bir növ bilirsiz nəyə bənzəyir? Düşünülməmiş reklam strategiyasına. Metroda yan-yana verilən iki reklam afişasının bir-birinə təzadı kimi. Bəlkə, sizlər də müşahidə etmisiz. Deməli, yanbayan afişa, birində siqaretin və tütünün nə qədər ziyanlı olduğunu göstərən bir tablo təsvir olunur. Digər afişada isə böyük yazıçı Anarın kitabının arxa hissəsi nümayiş olunur. Kitabın üzərində isə böyük ustad Anarın siqaretlə, daha doğrusu, tütün trupkası damağında təsviri verilir. Burada sadə vətəndaş bu iki təzadlı reklam afişadan nə anlayacaq? Bu gün bir sıra siyasi dairələr də, eynən belə strategiya ilə yanaşır. Misal üçün, ATƏT-in Minsk qrupunun daimi həmsədrləri ABŞ, Fransa və Rusiyadır. Amma statistikaya görə son bir neçə ildə məhz həmin dövlətlərin iş adamları ermənilər tərəfindən işğal olunan torpaqlara yatırım edirlər. Orada iş quran iş adamı Dağlıq Qarabağ probleminin həllini istəyərmi? Bu da eyni formatdır. Türk dünyasının birləşməsi hər bir ölkə üçün böyük təhlükə olaraq qəbul edilir.

Fuad Hüseynzadə








 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
14.09.2018
İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”
13.09.2018
“Washington Times“: “Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info