Dünya turizm bazarı: Türkiyə “50 milyon turist, 50 milyard dollar gəlir“ hədəfləyib
Tarix: 22.08.2018 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Dünya turizm gəlirlərinin artmağa başladığı bir dövrdə bu sektorun inkişafı ilə bağlı ölkələr arasında rəqabət də güclənir. Turizm ölkəsi kimi tanınanlar reytinq siyahısında ilk sırada qalmaq istəyir, bu sektorda zəif olanlar isə ilk sıralarda yüksəlməyə çalışırlar.

Türkiyə və Misir kimi ölkələrin yenidən Avropa turizm bazarlarına dönməsilə ziyarətçi artımında yavaşlama dövrünə daxil olan İspaniya, ilk 6 ayda 1,8 faiz artımla 37 milyon ziyarətçi qəbul edib. İlk 6 ayda İspaniyaya gedən turistlərin 8,4 milyonunu ingilislər təşkil etdiyi halda, onu 5,2 milyonla Almaniya və 4,8 milyon nəfərlə Fransa izləyib. İspaniya ən çox turist qəbul etdiyi İngiltərədən gələn turistlərinin sayında 2 faiz, almanlarda isə 4,7 faiz itki ilə üzləşib. Buna baxmayaraq, İspaniya Rusiya bazarında artıma nail ola bilib.

Rusiya ilk 10-a daxil olub

Rəqəmlərə görə, Rusiya 6 aylıq dövrdə 10,7 faiz artımla İspaniyaya 506 min turist göndərib və bu destinasiyada yenə ilk 10 bazar arasına daxil olub. Qeyd edək ki, bu dövrdə İspaniyaya gedən rusların 60 faizi Kataloniya regionunu üstün tutub. İspaniyanı yalnız iyun ayında ziyarət edən turistlərin sayı 1,3 faiz artımla 8,5 milyona yüksəlib. Bununla yanaşı, iyun ayında, Almaniyadan İspaniyaya gedənlərin sayında 17 faiz azalma qeydə alınıb ki, Rusiyadan İspaniyaya gələn turistlərin sayı isə, əksinə, 14% artaraq 171 minə yüksəlib.

İspaniya və Portuqaliya geriləyir


“ForwardKeys və GfK”-nin “HSBC Global Research” ilə birlikdə apardığı araşdırma İngiltərənin səyahət bazarında yavaş-yavaş əvvəlki tarazlığın yaranmağa başladığını göstərir. Araşdırmanın nəticələrinə görə, İngiltərədən Türkiyəyə sifarişlər 66 faiz nisbətində artarkən, Misirə 51 faiz, Tunisə isə 901 faiz artım qeydə alınıb.
Bununla yanaşı, 2015 və 2016-cı illərdəki terror hücumları səbəbilə Türkiyə, Misir, Tunis kimi turizm mərkəzlərindən imtina edən ingilislər İspaniya və Portuqaliyaya üz tutmuşdu. Bu il isə həmin ölkələrdə geriləmələr qeydə alınıb. Bu rəqəmlərə görə, İngiltərədən İspaniyaya sifarişlər 2,5 faiz, Portuqaliyaya isə 0,2 faiz azalıb.

Türkiyə bu il 40 milyon turist hədəfinə yaxınlaşır

Türkiyədə isə turizmin inkişafı prioritetdir və bu sektorda olan ötənilki geriləməni aradan qaldırmağa çalışırlar. Bu məqsədlə ölkədə turizm bazarı mövsümlərdən, bayramlardan faydalanmağa çalışır. Türkiyə Otelciler Federasiyasının (TÜROFED) sədr müavini Mehmet İşlər bildirib ki, Qurban bayramı ərəfəsində Ege bölgəsindəki turizm obyektlərindəki yerlərin demək olar ki, 100 faizi sifariş olunub. O, doqquz günlük tətildə 5 milyon adamın səyahət edəcəyini, iqtisadiyyata 9 milyard lirəlik gəlir qatacağını təxmin etdiklərini deyib.
Səyahət edənlərin qısamüddətli Ramazan bayramında olduğu kimi, Qurban bayramı tətilində də Ege bölgəsini seçməsi turizmçiləri məmnun edib. Doqquz günlük Qurban bayramı tətilində vətəndaşların şimalda Assosdan cənubda Fəthiyəyə qədər uzanan coğrafiyanı seçməsi ilə bölgədəki turizm obyektlərində boş yer qalmayıb. Mehmet İşlər, şimaldan cənuba, yataqxanalarda və butik otellərdən beşulduzlu hotellərədək Egedəki bütün turistik obyektlərin 100 faiz dolduğunu bildirib. O qeyd edib ki, yerli turistin də istirahət üçün prioriteti yenə ölkədaxili məkanlar, xüsusilə Ege bölgəsi olub: “Valyuta məzənnəsindəki dalğalanma, xarici bazarda son dəqiqə seçimlərini ölkəmizə yönəltdi, İspaniya, Xorvatiya, Yunanıstan yerinə Türkiyəyə olan tələbi artırdı. Ölkə 2018-ci ildə 40 milyon turist hədəfinə yaxınlaşıb, 2023-cü ildə “50 milyon turist, 50 milyard dollar gəlir" hədəfinə çatmaq niyyətindədir. 2016 və 2017-ci illərdə yaşadığımız çətinliyin ardınca 2018-ci ildə ölkə turizmi yüksəlməyə başladı. 2019-cu ildə türk turizminin inkişafı davam edəcək. 2019-cu il ölkə turizmində ən yaxşı vaxt olacaq. 54 sektorla əməkdaşlıq edən turizm sektoru, iş və məşğulluq yaradan, xarici valyutanı ölkəyə qazandıran bir sektor olmağa davam edəcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info