Qubada fermerlərlə görüş
Tarix: 22.08.2018 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Dövlət Aqrar Ticarət Şirkətinin (DATŞ) nümayəndə heyəti Quba Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) yerli fermerlər və təsərrüfat sahibləri ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, görüşdə məqsəd yerli fermer və sahibkarlarla tanışlıq, Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətləri barədə onları məlumatlandırmaq və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək olub. Görüşdə çıxış edən Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Allahverdi Xudaverdiyev kənd təsərrüfatının inkişafında yeni bir mərhələnin başlandığını və Dövlət Aqrar Ticarət Şirkətinin satış problemlərinin həllində fermerlərin əsas dəstəkçisi olacağını bildirib. Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova fermerlər qarşısında çıxış edərək, şirkətin yaranma məqsədi və fəaliyyət istiqamətləri, fermer təsərrüfatlarının inkişafı üçün həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verib. “Kənd təsərrüfatı ölkəmizin iqtisadiyyatında aparıcı sahələrdən biridir. Bu gün kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət Aqrar Ticarət Şirkəti olaraq kiçik və orta təsərrüfat sahiblərinin satışla bağlı problemlərinin aradan qaldırılması istiqamətində səylə çalışırıq. Təbii ki, bu məsələdə qarşılıqlı əməkdaşlıq mütləqdir. Hər bir fermer bizim rayon nümayəndələrimiz vasitəsilə məhsullarına alıcı tapmaq üçün Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edə bilər. Biz də öz növbəmizdə qısa müddətdə məhsul alıcıları ilə fermerləri əlaqələndirəcəyik”. Kənd təsərrüfatı məhsullarının satışında problemlər yaşanmaması üçün keyfiyyətli məhsul istehsalının vacibliyini bildirən Leyla Məmmədova DAİM vasitəsilə fermerlərlə məhsula qulluq barədə lazımi maarifləndirmə işləri aparılacağını, DATŞ tərəfindən isə məhsulların satışına dəstək veriləcəyini deyib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə fermerlər Dövlət Aqrar Ticarət Şirkətinə fəaliyyətində uğurlar arzulayıblar. Görüşdən sonra DATŞ nümayəndə heyəti Aşağı Atuc kənd sakini Yavuşva Simanduyevin və Zərdabi kənd sakini Tahir Cəfərovun bağ sahəsi ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info