İngiltərə kəşfiyyatının internet və mobil telefon danışıqlarını izlədiyi üzə çıxdı
Tarix: 24.06.2013 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“The Guardian”: “Dünyadakı bütün mobil telefon danışıqları, elektron məktublar, “Facebook”da yayılan məlumatlar və internetdə ziyarət edilən bütün səhifələr izlənərək informasiyalar toplanıb”

Amerika kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snoudenin mətbuata verdiyi məlumatlardan sonra bir çox gizlinlər gün işığına çıxmağa başlayıb. Onun yaydığı sənədlərdən sonra məlum oldu ki, Amerika kəşfiyyatı bütün dünya üzrə internet məkanına nəzarət edərək, bütün özəl məlumatlara çıxış imkanına sahibdir. 29 yaşlı amerikalı kəşfiyyatçı kompyuter üzrə mütəxəssisdir və çalışdığı yerdə gizli sənədlərin nüsxəsini özü ilə götürərək Amerikadan qaçıb. Honkonqda gizlənən kəşfiyyatçının Rusiyaya getdiyi bildirilir, oradan da Kuba vasitəsilə Ekvadora gedəcəyi gözlənilir. Ekvadorun xarici işlər naziri ona siyasi sığınacaq verəcəklərini açıqlayıb. Onun “The Guardian” qəzetinə verdiyi son məlumatlardan bəlli olub ki, İngiltərə kəşfiyyatı da bütün dünya üzrə internetlə yanaşı, telefon danışıqlarını da izləyirmiş. İngiltərə kəşfiyyatı dünya üzrə telefon danışıqlarından əldə edilən məlumatları 30 gün ərzində saxlamaq imkanına malik texnologiyaya sahibdir. 30 gün saxlanılan məlumatlar analiz edildikdən sonra Amerika kəşfiyyatına ötürülür. Snoudenin təqdim etdiyi sənəddə bu əməliyyat “Tempora” adı ilə kodlaşdırılıb. “Tempora” vasitəsilə dünya üzrə mümkün qədər daha çox internet və telefon danışıqlarını izləməyə çalışıblar. Kəşfiyyatın sahib olduğu texnologiya vasitəsilə dünyadakı bütün mobil telefon danışıqları, elektron məktublar, “Facebook”da yayılan məlumatlar və internet vasitəsilə ziyarət edilən bütün səhifələr izlənərək informasiyalar toplanıb. Snoudenin qəzetə təqdim etdiyi məlumatda qeyd edilir ki, İngiltərə bu məsələdə ABŞ-a yardım edir. Onun sözlərinə görə, vətəndaşların özəl həyatına müdaxilə, telefon danışıqlarının, internet vasitəsilə əlaqənin izlənməsinə görə İngiltərədəki vəziyyət ABŞ-dan daha pisdir. Yayılan sənədlərdən belə məlum olur ki, Amerika Milli Kəşfiyyat İdarəsinin 850 işçisinin İngiltərə kəşfiyyatında bu məsələ ilə məşğul olan GCHQ idarəsinin məlumat bankına çıxışı var. Elə həmin Edvard Snoudenin açıqladığı ilk məlumatlardan sonra bəlli olmuşdu ki, analoji proqram ABŞ-da var və “Prism” adlı həmin proqram vasitəsilə dünya üzrə 9 ən böyük internet serverin istifadəçilərinin bütün özəl danışıqları, yazışmaları izlənilir. “The Guardian” qəzetinin sorğusunu cavablandıran Almaniyanın ədliyyə naziri bildirib ki, İngiltərə ilə bağlı ortaya atılan sənədlərin doğru olması aşkarlanarsa, bu, çox böyük fəlakət olacaq: “Avropa qurumları dərhal bu məsələyə aydınlıq gətirmək üçün araşdırmaya başlamalıdırlar”. Bu yaxınlarda məlum olmuşdu ki, həmin GCHQ idarəsi 2009-cu ildə Londonda keçirilən sammitdə iştirak edən “G8” ölkələrinin rəhbərlərini də dinləyib. Onların konkret olaraq Türkiyənin maliyyə naziri Mehmet Şimşək və Rusiya dövlət başçısı Dmitri Medvedevin telefon danışıqlarını dinlədikləri üzə çıxıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info