Uzun müddət yuxusuz qalmaq təhlükəlidir
Tarix: 23.08.2018 | Saat: 01:12:00 | E-mail | Çapa göndər



Yuxu ilə əlaqədar alimlər bəzi qanunauyğunluqlar aşkar ediblər. Məlum olub ki, 6-8 saat yuxu yatanlara uzun ömür yaşamaq xarakterikdir. Yuxu azlığı isə əksinə, diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmçinin, həmin xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.
AZƏRTAC xəbər verir ki, yuxusuz qalmağın başqa fəsadları ola bilər. İlk yuxusuz gecədən sonra insan beynində mezolombik sistem aktivləşərək qana defomin artır. Həmin təsirin nəticəsində insan daha enerjili, pozitiv və aktiv olur. Əvvəlcə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar reaktivləşir, özünüidarə zəifləyir. Yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşıyır və ətraf aləmi dərketmə funksiyaları azalır. İkinci yuxusuz gecədən sonra orqanizmdə qlükoza mübadiləsi və immun sistemin fəaliyyəti pozulmağa başlayır. Yuxusuz keçən üçüncü gecədən sonra isə ilk hallünasiyalar meydana gələ bilər.
Elmi təcrübə nəticəsində ən uzunmüddətli yuxu məhdudiyyəti 264 saat və ya 11 gün davam etdirilib. Məlum səbəblərdən təcrübə yarıda qoyulub. Həmin prosesdə alimlər aydınlaşdırıblar ki, 11 gün yuxusuz gecədən sonra orqanizmdə dağınıqlıq və əsəbilik müşahidə olunsa və ətraf aləmi dərk etmək prosesi çətinləşsə də, yuxusuzluğun orqanizmə heç bir mənfi təsiri olmayıb. Tibbi mənada bütün orqanlar normal işləməyə davam edib – nə beynin fəaliyyətinə zərər dəyib, nə də psixi pozulmalar meydana gəlib. Lakin qeyd etmək lazımdır ki, təcrübə elə həmin mərhələdə də dayandırılıb. Ona görə də yuxusuzluğun davam etdiriləcəyi təqdirdə orqanizmin funksiyalarının pozulmayacağına heç bir zəmanət verilə bilməz.




 
Bölməyə aid digər xəbərlər
11.11.2018
“Instagram“ tənhalıq və depressiyaya səbəb olur?
11.11.2018
Düşənbədə “Oşi palav” festivalında 10 ton plov bişirilib
03.11.2018
“Airbus” Aya səyahət üçün modul elektrik stansiyası hazırlayıb
03.11.2018
Yaponiyanın “Euglena” startap şirkəti yosunlardan bioyanacaq istehsal edəcək
03.11.2018
Norveçdə poçt bağlamalarının çatdırılması robotlara həvalə ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info