İsveçrə bankı Rusiya ilə əlaqəli 5 milyard dollara yaxın aktivi dondurub
Tarix: 23.08.2018 | Saat: 13:23:00 | E-mail | Çapa göndər



İsveçrənin “Credit Suisse” bankı ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı bu ölkə ilə əlaqəli 5 milyard dollara yaxın aktivi dondurub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsveçrənin neytral statusuna görə Rusiya Federasiyasına qarşı sanksiyalar orada qüvvədə deyil. Lakin bu ölkənin bankları Amerika dollarından çox asılı olduğu üçün Birləşmiş Ştatların siyasətinə uyğun hərəkət etməyə məcburdur.
ABŞ-ın hakimiyyət orqanları avqustun 22-dən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Vaşinqton ilk növbədə Moskvaya ikili təyinata malik məhsullar göndərilməsinə qadağa qoyacaq. Bundan əlavə, Amerika senatorları avqustun 2-də Konqresə Rusiyaya qarşı məhdudlaşdırma tədbirlərini sərtləşdirən qanun layihəsi təqdim ediblər. Sənəd Rusiyanın enerji və maliyyə sektorlarına, o cümlədən oliqarxlara və dövlət müəssisələrinə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info