ABŞ Azərbaycanlılar şəbəkəsi Cəbrayıl, Füzuli və Qubadlının işğalı barədə məlumatlandırma kampaniyası keçirir
Tarix: 23.08.2018 | Saat: 13:30:00 | E-mail | Çapa göndər



ABŞ Azərbaycanlılar Şəbəkəsi Azərbaycanın Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar Amerika ictimaiyyətini Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü haqqqında məlumatlandırmaq üçün növbəti kampaniyaya start verib.

ABŞ konqresmenlərinə, ştatların parlamentlərinin qanunvericilərinə və Ağ evə, administrasiyalarının üzvlərinə, Dövlət Departamentinə və Amerika KİV-lərinə ünvanlanmış müraciətdə qeyd edilir ki, bu üç rayonun işğalı nəticəsində 157 min dinc azərbaycanlı öz doğma yurdundan qovulub.
Bildirilir ki, BMT Təhlükəsizlik Şurası bununla əlaqədar 874 nömrəli qətnamə qəbul edib. Qətnamədə erməni təcavüzü pislənir, Azərbaycanın ərazi bütövlüyü tanınır və erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması tələb olunur. Müraciətdə daha sonra Azərbaycan rayonlarının işğalı və məcburi köçkün vəziyyətinə düşmüş dinc vətəndaşlarımız barədə statistik məlumatlar əks olunub.
Müraciətin sonunda ABŞ hökumətinin və siyasi dairələrin üzvləri rəsmi Yerevanın konstruktiv mövqe tutması, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın qərarlarına riayət etməsi, Azərbaycan torpaqlarından çıxması və azərbaycanlı məcburi köçkünlərinin evlərinə qaytarılmasına imkan yaratması üçün Ermənistana təzyiq göstərməyə çağırılır.
Xatırladaq ki, 1993-cü ilin aprel-noyabr aylarında BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, onların bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi tərəfindən beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub.
Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca yeni qətnamələr qəbul ediblər. Lakin Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info