Paşinyan xalqa yalan söyləməklə postunu möhkəmləndirməyə çalışır
Tarix: 23.08.2018 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Avqustun 22-də Ermənistanın baş naziri Nikol Paşinyanın öz "Facebook" hesabından canlı video ilə ölkənin iqtisadiyyat, elm və turizm sahələrinə dair qısa hesabatında dediyi rəqəmlər olduqca şişirdilmiş rəqəmlərdir. Bunu Trend-ə analitik-icmalçı Ehtiram Aşırlı deyib.
E.Aşırlı bildirib ki, N.Paşinyanın çıxışından xüsusilə bu məsələləri daha qabarıq şəkildə vurğulamaq lazımdır:
“Paşinyanın sözlərinə görə, “iyun ayında ölkənin iqtisadi göstəriciləri 9,6%, iyulda isə 11,1% artıb və bu da müstəsna bir göstəricidir". Turizm sahəsinə də toxunan baş nazir ötən 3 ay ərzində ölkəyə 35 mindən artıq əcnəbi vətəndaşın gəldiyini iddia edib. Paşinyanın iqtisadiyyat və turizm sektoruna dair səsləndirdiyi rəqəmlər olduqca şişirdilmiş rəqəmlərdir. Belə ki, ölkəyə 3 ay ərzində 35 min əcnəbi vətəndaşın daxil olması faktı yalandır. Birincisi, işğalçı ölkə əcnəbi vətəndaşları cəlb edə biləcək turistik bir ölkə deyil, həmçinin ölkədə siyasi sabitlik yoxdur. Digər tərəfdən isə 3 ay ərzində Ermənistanı turistik bir ölkəyə çevirmək mümkünsüzdür. İkincisi, lap deyək ki, ölkəyə əcnəbi vətəndaşların çoxu işləmək üçün gəlib, lakin bu da mümkün deyil, çünki ölkənin işsizlik səviyyəsi olduqca yüksəkdir, yerli vətəndaşların özləri belə işsizlikdən əziyyət çəkirlər. Bəs, görəsən, Paşinyan ölkəyə gələn hansı əcnəbi vətəndaşlardan bəhs edirdi? Paşinyan baş nazir seçiləndən sonra çıxışlarında Ermənistandan qaçıb xaricdə yaşamaq üçün siyasi sığınacaq alan vətəndaşlara səslənərək ölkələrinə qayıtmalarını bildirmişdi və ehtimal olunur ki, bu çağırışdan sonra müəyyən sayda erməni ölkələrinə qayıdıb”.
E.Aşırlının fikrincə, 3 ay ərzində 35 min əcnəbi vətəndaşının ölkəyə gəlməsi faktı da məhz ölkəyə qayıdan erməni vətəndaşları ilə əlaqəlidir: "O ki qaldı ölkəyə qayıdan ermənilərin sayına, bunun da 35 minə qədər olması qeyri-mümkündür".
İcmalçının sözlərinə görə, N.Paşinyanın digər yalanı isə iyun ayında iqtisadi göstəricilərinin 9,6% olduğunu, iyulda isə bu göstəricinin 11,1% artdığını və bunun da müstəsna bir göstərici olduğunu bildirməsidir:
“Çünki ölkə iqtisadiyyatının əsasını təşkil edən yüngül və ağır sənayenin 75%-i Rusiyadan aslıdır. Maraqlıdır, görəsən, Paşinyan iqtisadi artımdan bəhs edərkən nəyi nəzərdə tuturdu? Digər tərəfdən, bir ölkə ki, işğalçılıq siyasəti yerinə yetirir və o ölkədə siyasi stabitlik yoxdursa, o zaman hər hansısa bir kapitalın qoyuluşundan danışmaq yersiz olar. Xüsusilə də aprel ayından bu tərəfə ölkədə baş verən siyasi proseslərdən dolayı ölkədə hansısa iqtisadi inkisafdan bəhs etmək ağılsızlıq olar. Bir sözlə, ölkə işğalçılıq siyasəti yeridirsə və o ölkədə siyasi sabitlik mövcud deyilsə, orada iqtisadi artımdan bəhs etmək olmaz. Bəs Paşinyanın bu yalanlarda əsas məqsədi nədir? Təbii ki, Paşinyan bu yalanları söyləməklə xalqını aldatmaqla kifayətlənməyib, öz postunu möhkəmlətməyə çalışır".




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info