Xüsusi Dövlət Mühafizə Xidməti qarşıya qoyulan istənilən vəzifənin öhdəsindən yüksək səviyyədə gəlməyə qadirdir
Tarix: 23.08.2018 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) yaranmasının 25 ili tamam olur. Bu münasibətilə Xidmətin hərbi şəhərciyində yeni istifadəyə verilən Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Xidmətin Hərbi şəhərciyində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Sonra XDMX-nın xüsusi təyinatlı dəstəsinin nümunəvi çıxışları oldu.
Ən müasir silah-sursat və avadanlıqla təchiz olunan XDMX bu gün qarşıya qoyulan istənilən vəzifənin öhdəsindən yüksək səviyyədə gəlməyə qadirdir. Bununla yanaşı, əməkdaşların peşəkarlıq səviyyəsinin ildən-ilə yüksəldilməsinə də xüsusi diqqət yetirilir.
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində yeni istifadəyə verilən Mədəniyyət Mərkəzində keçirilən təntənəli tədbirin iştirakçıları burada yaradılan şəraitlə tanış oldular. Mərkəzin iclas zalı müasir səviyyədə qurulub. Burada xidmətin fəaliyyəti, həmçinin əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər təşkil etmək üçün hərtərəfli şərait mövcuddur.
Mədəniyyət Mərkəzində Heydər Əliyev muzeyi yaradılıb. Muzeydə Ulu Öndərin həyatının və siyasi fəaliyyətinin müəyyən məqamlarını əks etdirən maraqlı fotolar toplanıb. Buradakı fotolardan da aydın görünür ki, bütün həyatını xalqına bağışlayan Ulu Öndər Vətənimiz Azərbaycan naminə tarixi işlər görüb. Xalqın və dövlətin ağır günlərində hakimiyyətə gəlməklə müstəqilliyini yenicə bərpa etmiş respublikanı məhv olmaq təhlükəsindən qurtarıb.
Mədəniyyət Mərkəzinin kitabxanası da müasirliyi ilə diqqət çəkir. Burada ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, dövlətçiliyimiz, müstəqilliyimiz haqqında bir-birindən maraqlı kitablar var. Xidmətin əməkdaşları kitabxananın hüquq, tarix, iqtisadiyyat, bədii ədəbiyyat bölmələrindəki kitablardan istifadə edə bilərlər. Kitabxana, eyni zamanda, elektron formatda da xidmət göstərir.
Təntənəli tədbirdə Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25 illiyi münasibətilə təbriklərini çatdıran xidmətin rəisi, general-polkovnik Vaqif Axundov yubiley ərəfəsində yeni Mədəniyyət Mərkəzinin istifadəyə verilməsinə görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirdi. XDMX-nın ölkəmiz üçün ağır iqtisadi-siyasi dövrdə yarandığını qeyd edən xidmətin rəisi vurğuladı ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyümüz uğrunda gedən döyüş əməliyyatlarında Xidmətin hərbi qulluqçuları da fədakarcasına iştirak edərək, qəhrəmanlıq nümunələri göstəriblər. Xidmətin çox sayda hərbi qulluqçusu şəhid və əlil olub, müxtəlif ali mükafatlara, o cümlədən Milli Qəhrəman adına layiq görülüblər.
XDMX-nın keçdiyi tarixi, çətin və şərəfli yoldan geniş bəhs edən general-polkovnik Vaqif Axundov Xidmətin yaranması, formalaşması və inkişafında dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırlatdı. Vurğuladı ki, qurumun şəxsi heyəti yarandığı dövrdən bəri dövlətçiliyin qorunması, təhlükəsizliyin təmini, ordu quruculuğu və digər dövlət əhəmiyyətli işlərdə fəal iştirak edib. Bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində Xidmətin şəxsi heyəti qarşıya qoyulan istənilən tapşırığı layiqincə yerinə yetirməyə qadirdir. Bunun əsasında dövlətimizin başçısının şəxsi heyətə göstərdiyi etimad, həmçinin şəxsi heyətin dövlətçiliyə olan sədaqəti dayanır.
General-polkovnik Vaqif Axundov XDMX-nın vəzifə və səlahiyyətlərindən danışaraq bildirdi ki, ölkəmizin neft-qaz ixrac kəmərlərinin mühafizəsinin Xidmətə həvalə edilməsi bu quruma olan etimadın göstəricisidir. Hazırda Xidmətdə çox təcrübəli kadrlar var və onların peşəkarlıq səviyyəsinin daha da artırılması üçün bütün şərait yaradılıb. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti MDB məkanında və regionda ən müasir maddi-texniki bazası olan qurumdur. Xidmətin əməkdaşlarının mənzil-məişət və sosial məsələlərinin həlli, onların sağlamlığı, idmanla məşğul olmaları və istirahəti də daim diqqət mərkəzindədir.
Vaqif Axundov peşə bayramı münasibətilə dövlətimizin başçısının XDMX-nın hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladığını qeyd etdi, bunu şəxsi heyətin fəaliyyətinə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirdi. Şəxsi heyət adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Xidmət rəisi dövlətimizin başçısını əmin etdi ki, bundan sonra da verilən tapşırıqların dərhal və keyfiyyətlə yerinə yetirilməsi təmin ediləcək.
Sonda bir qrup əməkdaşa “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi” yubiley medalı təqdim olundu.
Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2008-ci il 21 avqust tarixli Sərəncamı ilə təsis edilib. Bu, bir daha sübut edir ki, dövlətimizin başçısı Xidmətin fəaliyyətinin təkmilləşdirilməsinə hər zaman xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il Xidmət əməkdaşlarının bayram ərəfəsində təltif edilməsi də bu diqqətin təzahürüdür. Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti onlara göstərilən etimadı tam doğruldur. Onlar üzərilərinə düşən vəzifəni və qarşılarına qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirməklə bir daha sübut edirlər ki, Azərbaycan Prezidentinə və dövlətçiliyə sadiqdirlər, ölkədə əmin-amanlığın təmin edilməsinə mühüm töhfələr verirlər.
Yarandığı dövrdən bəri Xüsusi Dövlət Mühafizə Xidməti şərəfli yol keçib, milli dövlətçiliyimizin qorunmasında yaxından iştirak edib. Təsadüfi deyil ki, bütün sınaqlardan üzüağ çıxan Xidmətin şəxsi heyəti bu gün mühafizə işinin yüksək peşəkarlıqla təşkil olunması sahəsində olduqca böyük uğurlara imza atır, Azərbaycan dövlətinin təhlükəsizliyi naminə fəaliyyətdə yüksək sadiqlik nümayiş etdirir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info