Uşaqlarda allergiya yaradan səbəblər
Tarix: 24.08.2018 | Saat: 00:50:00 | E-mail | Çapa göndər



Dünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən planetimizin əhalisinin təqribən 30 faizi müxtəlif allergik reaksiya və xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklərdən bronxial astma, dərman və qida allergiyaları daha geniş yayılıb. Təəssüf ki, həmin xəstəliklərdən əziyyət çəkənlərin çoxu uşaqlardır
.
AZƏRTAC xəbər verir ki, uşaqlar arasında allergik xəstəliklərin ən geniş yayılmış forması qida allergiyasıdır. Mütəxəssislərin dediyinə görə, uşaqların 55 faizindən çoxu həmin allergiyalardan əziyyət çəkir. Qida allergiyaları onların üzləşdiyi xəstəliklər arasında 4-6 faiz təşkil edir. Ana südünün erkən kəsilərək onlara əlavə yeməklərin verilməsi qida allergiyasının ən başlıca səbəbi sayılır.
Bu xəstəlik uşaqlarda çox vaxt qusma və qarın ağrısı ilə müşayiət olunur. Buna görə də uşaqlarda allergiyanın ilkin əlaməti hiss olunanda mütləq həkimə müraciət etmək lazımdır.
Azərbaycan Tibb Universitetinin qidalanma gigiyenası kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, əgər valideynlərdən birində allergiya varsa, uşaqda 50 faiz, hər ikisində varsa, uşaqda ona meyl iki dəfə artmış olur. Həmin ailədə ana uşağın qidasına daxil etdiyi yeni yeməkləri birdən-birə və çox miqdarda deyil, tədricən və az-az verilməlidir.
Allergiyaya erkən aşkar edildikdə onun müalicəsi mümkündür.. Müalicənin gecikdirilməsi isə ciddi fəsadlara və ağırlaşmalara gətirib çıxara bilər.
Apteklərdə çoxlu antihistamin dərmanlar satılır. Lakin həkimlə məsləhətləşmədən onlardan istifadə etmək düzgün deyil, çünki yanlış müalicə ciddi fəsadlara səbəb ola bilər.
Uşaqlarda allergik xəstəliklərin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, burun və gözdə qaşınma və asqırmanın artmasıdır. Bəzən xəstə uşaq 30-40 dəfə asqırmaq məcburiyyətində qalır. Kəskin allergiyalar yaradan səbəblərdən biri də ətrafda olan ağac, bitki və gül kollarıdır.
Allerqoloqlar uşaqları çox şirin, duzlu qidalardan uzaq saxlamağı, onlara konservləşdirilmiş qida və şirələr verməməyi məsləhət görürlər. Yumurta, yer fındığı, qoz, qarğıdalı, banan, çiyələk, ət, bəzən isə inək südü allergiyaya ən çox səbəb olan qidalar hesab edilir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Püstə yeyin ki, stresdən uzaq olasınız
15.09.2018
Yeməkdən əvvəl su içmək xəstəlikləri azaldır
14.09.2018
“Sıçovul qızdırması“ yenidən yayıldı
14.09.2018
Bu xəstəliyi olan insanlar səhər çoxlu miqdarda qəhvə içsin
13.09.2018
Azərbaycanda uzunömürlülər daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info