Ermənistanın daxili siyasəti iflic vəziyyətdədir
Tarix: 24.08.2018 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


Ermənistanın daxili siyasəti iflic vəziyyətdədir. Ermənistandakı daxili siyasət iflasa uğrayır. Baş nazir Nikol Paşinyanın 17 avqust mitinqi zamanı söylədiyi bəyanatlardan sonra ölkə daxilində ona qarşı siyasi qruplaşmalar yaranmağa başlayıb.
Bunu AZƏRTAC-a analitik-icmalçı Ehtiram Aşırlı deyib.
E.Aşırlı bildirib ki, xüsusilə Ermənistanın Respublikaçı Partiyasının nümayəndələri Baş naziri sərt tənqid etməyə başlayıblar. Son olaraq da Milli Məclisin spikeri Ara Babloyan mitinqdə Nikol Paşinyanın konstitusiya dəyişiklikləri layihəsinin və referendumla bağlı bəyanatlarının onda narahatlıq yaratdığını bildirib. Həmçinin vəziyyəti müzakirə etmək üçün Baş nazir, prezident, Ali Məhkəmə Şurası başçısı, insan hüquqları müdafiəçiləri və beynəlxalq diplomatlarla bir sıra görüşlər keçirəcəyini deyib. Qeyd edək ki, N.Paşinyan quldur dəstəni parlamentdən də tam uzaqlaşdırıldıqdan sonra ölkədə sabitlik əldə oluna biləcəyini bildirib. N.Paşinyan üçün quldur dəstənin Respublikaçı Partiyasının məclisdəki nümayəndələri olduğunu vurğulamaq yerinə düşər. Lakin N.Paşinyan bir şeyi unudur ki, konstitusiyada dəyişikliklər etmək üçün Ermənistanın Respublikaçı Partiyasına (RPK) müraciət etməyə məcburdur. Nəzərə alınmalıdır ki, Ermənistan Konstitusiyasının 92-ci və 151-ci maddələrinə əsasən seçkilərin keçirilməsi ilə bağlı dəyişikliklər də parlament tərəfindən dəyişdirilə bilər. Amma bunun üçün zəruri səsin ən azı üçdə ikisi - 70 deputatın səsi lazımdır. Hazırda 105 deputatın 50-si hələ də Respublikaçı Partiyasının üzvüdür, 8 millət vəkilinin isə bu partiyadan ayrılmasına baxmayaraq, Paşinyan komandasının üzvü olduğunu demək çətindir.
Analitik-icmalçının sözlərinə görə, beləliklə, Nikol Paşinyan daxili siyasətdə bundan sonra da kifayət qədər problemlə qarşılaşacaq. Digər tərəfdən, onun tapşırığına əsasən 1 mart hadisələri ilə əlaqədar istintaq işləri davam etdirilir. Son tədqiqatlar nəticəsində sabiq Baş nazir Ovik Abrahamyanın sürücüsü Ambik Qevorqyanın qardaşı ictimai təhlükəli hərəkətlər törətməkdə ittiham olunub. Hətta Milli Təhlükəsizlik Nazirliyinin İctimai Sosial İşlər üzrə Daimi Komitəsinin və Ermənistanın Respublikaçı Partiyası (RPK) fraksiyasının sədri Hakob Hakobyan Milli Təhlükəsizlik Xidmətinin bu yaxınlarda verdiyi açıqlamadan sonra oğlu Paruyr Hakobyanın adına olan əmlakların onun adından çıxarılmasına qərar verib. Bu hadisələrin fonunda digər məqamlar da üzə çıxmağa başlayıb. Belə ki, erməni KİV-də yazılan məlumatlara əsasən təxminən 10 gün əvvəl Ermənistanın Mərkəzi Bankına maliyyə naziri idarəsinin rəisi Hrant Suvaryanın imzası ilə bir yazı göndərilib. Təklif ediblər ki, 2 gün ərzində Mikael Harutyunyan, Robert Köçəryan və Yuri Xaçaturovun “hər cür əməliyyatları” haqqında hüquq mühafizə orqanlarına məlumat verən şəxslərə Ermənistan ərazisində fəaliyyət göstərən lombardorlardan qızıl və digər qiymətli hədiyyələr verilsin. Təbii ki, belə bir yazı özəl banklara və digər təşkilatlara da göndərilib.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
İran xəbərdarlıq etdi
17.06.2019
Türkiyə Sərracın təklifinə dəstəyini bildirdi
17.06.2019
Tramp London meri Sadıq Xanı tənqid edib
17.06.2019
Məhəmməd Mursi məhkəmədə ölüb
17.06.2019
İranın uran istehsalı dörd dəfə artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info