Azərbaycan Çində logistika, turizm və investisiya potensialını təqdim edəcək
Tarix: 24.08.2018 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Çində logistika, turizm və investisiya potensialını təqdim edəcək. Bu barədə Trend-ə açıqlamasında Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bildirib.
Onun sözlərinə görə, təqdimat noyabr ayında Şanxay şəhərində keçiriləcək Beynəlxalq İdxal Sərgisi çərçivəsində baş tutacaq. Sərgidə, həmçinin "Made in Azerbaijan" brendi altında məhsullar təqdim ediləcək:
"2018-ci il Çində "İdxal ili" elan olunub, bu isə o deməkdir ki, ölkə bütün dünyadan malların idxalı üçün öz qapılarını geniş açır. Ona görə də hazırda bizim vəzifəmiz Çinin ən böyük şəhərlərindən birində bu payız keçiriləcək ilk Çin Beynəlxalq İdxal Sərgisinə mükəmməl hazırlaşmaqdan ibarətdir. Fikrimcə, bu, yalnız Çində deyil, bütün dünyada mühüm hadisələrdən biridir. Azərbaycan da bu sərgidə öz məhsullarını təqdim edəcək. Özü də biz yalnız mallarımızın keyfiyyətini deyil, həm də ölkəmizin logistika, turizm və investisiya potensialını nümayiş etdirəcəyik".
Ticarət nümayəndəsi qeyd edib ki, bu hadisə ilə Şanxayda Azərbaycan Şərab Evinin açılması eyni vaxta düşür:
"Sərgiyə müqavilələrin bağlanması və malların alışı üçün Çindən və digər ölkələrdən 150 min alıcının toplanacağına görə belə bir qərar qəbul edilib. Qarşıdakı sərgiyə hazırlıq prosesində biz Çinin dövlət və özəl şirkətləri ilə görüşlər keçiririk ki, onlar Azərbaycan müəssisələrinin məhsulları ilə yaxından tanış olmaq imkanı əldə etsinlər".
T.Nadiorğlu əlavə edib ki, növbəti 5 il ərzində Çin 10 trilyon dollardan çox məbləğdə mal idxal etməyi planlaşdırır.
O vurğulayıb ki, bu gün Çində müxtəlif elektron platformalar işləyir və inkişaf edir. Azərbaycan istehsalçıları bu platformalar vasitəsilə öz məhsullarını birbaşa pərakəndə şəkildə çinli istehlakçılara sata bilərlər:
"Bu pərakəndə elektron ticarətə hazırda Çində və bütün dünyada böyük tələbat var. Ticarətin bu növü böyük sürətlə inkişaf edir və biz də bu platformanın öyrənilməsi ilə yaxından məşğuluq. Belə ki, ticarətin bu növünə tələbat Azərbaycan üçün də cəlbedicidir".
T.Nadiroğlu deyib ki, 2017-ci ildə çinlilər internet vasitəsilə müxtəlif malların alışına trilyon dollardan çox pul xərcləyiblər.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Çinlə əmtəə dövriyyəsi ötən il təqribən 1,3 milyard dollar təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 33 faiz çoxdur.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info