ABŞ-da “McDonald`s” salatından 500-dən çox insan zəhərlənib
Tarix: 24.08.2018 | Saat: 15:09:00 | E-mail | Çapa göndər



ABŞ-ın müxtəlif yaşayış məntəqələrində “McDonald`s” sürətli qida restoranları şəbəkəsində verilən salatdan 500-dən çox insan zəhərlənib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin qida məhsullarına və dərman preparatlarına nəzarət idarəsindən bildiriblər.

“2018-ci il avqustun 23-nə olan məlumata əsasən, “McDonald`s” restoranlarında salatla qidalanan 507 insanda siklosporozla zəhərlənmə faktı laborator təsdiqini tapıb. ABŞ-ın 15 ştatından və Nyu-York şəhərindən zəhərlənmə barədə müraciətlər daxil olub”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, iyul ayının ortalarında İllinoys və Ayova ştatlarında yerləşən restoranlar şəbəkəsində 105 nəfərin zəhərlənməsindən sonra “McDonald`s” təxminən 3 min müəssisədə salat satışını dayandırmışdı.
Siklosporoz insandan insana keçmir və simptomları yoluxmadan bir həftə sonra üzə çıxır. Zəhərlənmə ishal, zəiflik, iştahasızlıq, hərarət və ürəkbulanma ilə müşayiət olunur.
“McDonald`s” dünyanın ən iri sürətli qida restoranları şəbəkələrindən birinə malikdir. Əsası 1940-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində qoyulub. Hazırda onun mənzil qərargahı İllinoys ştatının Çikaqo şəhərindədir. Kompaniya dünyanın 100-dən artıq ölkəsində 37 mindən çox restorana malikdir.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
22.03.2019
Qanada iki avtobus toqquşdu: 70-dən artıq ölü var
22.03.2019
Goranboyda yük avtomobili ilə “Ford“ toqquşub
21.03.2019
İraqda bərə qəzaya uğrayıb: 71 ölü
21.03.2019
Çində kimyəvi məhsullar zavodunda baş verən partlayışda 6 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info