Naxçıvan şəhərində payız-qış mövsümündə 5 mərkəzləşdirilmiş, 38 fərdi qazanxana fəaliyyət göstərəcək
Tarix: 24.08.2018 | Saat: 16:08:00 | E-mail | Çapa göndər



2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilən tapşırıqların icrası Naxçıvan şəhərinin idarə, müəssisə və təşkilatları tərəfindən diqqət mərkəzində saxlanılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirədə bu məsələlər müzakirə olunub.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov mövsümə hazırlıqla bağlı görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Müzakirə olunan məsələ ilə bağlı Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov bildirib ki, Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin qışa hazırlığı yoxlanılıb, təhsil müəssisələrinin qazanxanalarına baxış keçirilib və mövcud nasazlıqlar aradan qaldırılıb. Hazırda məktəblərdə cari təmir işləri aparılır, binaların dam örtükləri, qapı və pəncərələri payız-qış mövsümünə hazırlanır.
Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru Ələkbər Kərimov bildirib ki, növbəti payız-qış mövsümünə hazırlıqla əlaqədar yarımstansiyalara, abonentlərin təchizat sxemlərinə baxış keçirilib, aşkar olunan qüsurlar yerindəcə aradan qaldırılıb, yeni yarımstansiyalar quraşdırılıb. Şəbəkə üzrə ötən 7 ay ərzində əhalinin elektrik enerjisi təchizatının keyfiyyətini yaxşılaşdırmaq üçün 84 elektrik hava xətti dirəyi istismara verilib, 2,6 kilometr uzunluqda yeni elektrik hava xətti çəkilib, 5,2 kilometrə qədər yararsız naqil yenilənib. Qəzalı vəziyyətdə olan bir neçə elektrik hava xətti dirəyinə beton altlıqlar vurulub, əsaslı təmir işləri görülüb. Aparılan reydlərdə elektrik enerjisindən israfçılıqla istifadə hallarının qarşısının alınması üçün tədbirlər görülüb. Belə ki, ilin ötən dövründə 7 halda sayğacdankənar xətt aşkar edilib, 1572 manat vəsait cərimə olaraq şəbəkənin hesabına ödənilib.
Bəhs olunan dövrdə 131 əhali, 6 qeyri-əhali abonentləri olmaqla, 137 abonentə qaz xətti çəkildiyini bildirən Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin rəisi Orxan Rüstəmov deyib ki, payız-qış mövsümünə hazırlıq məqsədilə yeraltı ortatəzyiqli dəmir və polietilen daşıyıcı və paylayıcı qaz kəmərləri üzərində istismarda olan 113 ədəd qaz quyusuna baxış keçirilib, istismara yararsız diametri 50 millimetrlik 4 kran yenisi ilə əvəz olunub. 70 qaz quyusu çöküntüdən təmizlənib.
Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Nəsimi Novruzov bildirib ki, payız-qış mövsümündə Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş, 38 fərdi qazanxana ilə 173 yaşayış binası, 7634 mənzil, 30 inzibati bina istiliklə təmin olunacaq. Qazanxanalarda çalışan ocaqçılar peşə kurslarına cəlb olunub.
Sonra Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin müdiri Təranə Cəfərova şöbənin tabeliyində olan müəssisələrin istilik sistemi təchizatı ilə bağlı ətraflı məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib
19.09.2019
Sədərək rayonunda payız-qış mövsümünə hazırlıq işləri mütəşəkkil aparılır
19.09.2019
Bakının əksər hissəsini işıqla təmin edən yarımstansiyalar yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info