Angela Merkelin Azərbaycana səfəri əlaqələrin inkişafına böyük təkan verəcək
Tarix: 24.08.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasında həm iqtisadi, həm də siyasi əlaqələrin inkişafına böyük təkan verəcək. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov Almaniyanın Avropada iqtisadi güc mərkəzi olduğunu vurğulayıb:
“Bu baxımdan Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin inkişafı hər iki ölkə üçün olduqca faydalıdır. Hesab edirəm ki, bu səfər, həmçinin yeni investisiya imkanlarına yol açır. Bildiyiniz kimi, Almaniya Azərbaycanın "Şahdəniz" yatağından Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafına maraq göstərir. Əlbəttə ki, Almaniya Avropaya enerji resursları tədarükünün marşrutlarını və mənbələrini şaxələndirməyə çalışır. Yəqin ki, səfər çərçivəsində bu istiqamətdə də müzakirələr aparılacaq və Azərbaycanın enerji resurslarının nəqli sahəsində həyata keçirdiyi layihəyə maraq daha da artacaq”.
Millət vəkili qeyd edib ki, siyasi baxımdan da A.Merkelin Azərbaycana səfəri ölkəmiz üçün əhəmiyyətlidir:
“İlk növbədə, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın haqlı mövqeyi bir daha Kanslerin diqqətinə çatdırılacaq. Almaniya indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və hesab edirəm ki, Berlin bu dəfə də Bakıya dəstəyini nümayiş etdirəcək, bu da ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Almaniya Avropa İttifaqının ən fəal üzvlərindən biri olduğu üçün bu səfər eyni zamanda Azərbaycanla Aİ arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Ümumilikdə səfərin hər iki ölkə üçün faydalı olacağını düşünürəm”.
Qeyd edək ki, A.Merkel Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gələcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info