Son altı ayda ölkəmizə səfər edən turistlərin sayında artım müşahidə olunub
Tarix: 24.08.2018 | Saat: 16:19:00 | E-mail | Çapa göndər



Ölkəmizə səfər edən əcnəbi turistlərin sayında ötən ilin iyul ayına nisbətdə 5,2 faiz, yanvar-iyul aralığına olan nisbətdə isə 9, 3 faiz artım müşahidə olunub.
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə AZƏRTAC-a bildirib ki, cari ilin iyul ayında Azərbaycana səfər edən əcnəbilərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 5,3 faiz artaraq 330 minə çatıb. Əcnəbilərin təqribən üçdə bir hissəsini (119 min nəfər) Rusiya vətəndaşları təşkil edir. Digər 20 faiz və 15 faiz əcnəbilər isə Yaxın Şərq ölkələri və Gürcüstanın payına düşür. Ümumən götürdükdə, qeyd edilən ölkələrdən gələnlər Azərbaycana səfər etmiş xarici əcnəbilərin 70 faizini təşkil edir.
K.Quluzadanın verdiyi məlumata görə, Yaxın Şərq bölgəsindən səfər edən əcnəbilərin sayında ötən ay ilə müqayisədə 30 faiz artım müşahidə olunur. Bu artımın böyük hissəsini Səudiyyə Ərəbistanından gələn qonaqlar təşkil edir. Daha bir böyük artım, 63 faiz Cənubi və Şərqi Asiya bölgələrindən səyahət edənlər arasında müşahidə olunsa da, onların sayı 24 min nəfər olmaqla, ölkəmizə səfər edənlərin ümumi sayının 7 faizini təşkil edir. Qonşu ölkələrin bəzilərində isə cüzi artım və ya cüzi azalma müşahidə olunmaqdadır. Belə ki, Rusiya və Türkiyədən gələn qonaqların sayı müvafiq olaraq 2 faiz və 1 faiz azalıb, Gürcüstandan gələnlərin sayı isə 5 faiz artıb. Digər tərəfdən, İrandan gələn əcnəbilərin sayında 35 faizə qədər ciddi azalma mövcuddur.
2018-ci ilin ilk yeddi ayında Azərbaycana səfər edən səyahətçilərin sayı 1,65 milyondan çox olaraq ötən ilin analoji dövrü ilə müqayisədə 9,3 faiz artıb. Bu axının böyük hissəsi, 1,5 milyon, yəni 31, 5 faizi Rusiyadan olan səyahətçilərin payına düşür. Gürcüstan (20 faiz), Yaxın Şərq bölgəsi (13 faiz ), Türkiyə (10 faiz) və İran (10 faiz ) əcnəbi axınının digər əhəmiyyətli mənbələri sayılırlar.
Xarici ölkələrdən səfər edənlərin, xüsusilə, Gürcüstandan (9 faiz) və Yaxın Şərq bölgəsindən (54 faiz) gələnlərin sayında artım mövcuddur. Yaxın Şərq bölgəsindən səfər edənlərin (58 min nəfər) böyük bir hissəsini BƏƏ vətəndaşları təşkil edir. Lakin qeyd etmək lazımdır ki, keçən ilin iyul ayı ilə müqayisədə BƏƏ vətəndaşları arasında 3 faiz azalma müşahidə olunmaqdadır. Səudiyyə Ərəbistanından Azərbaycana 42 minə yaxın səyahətçi gəlib və bu rəqəm 2017-ci ilin göstəricisi ilə müqayisədə iki dəfədən artıq göstəricidir. İraq (25%), Küveyt (227%), Oman (17%) və İsraildən (240%) gələn ziyarətçilərin sayında da əhəmiyyətli dərəcədə inkişaf nəzərə çarpmaqdadır.
2018-ci ilin yanvar-iyul aylarında Cənubi və Şərqi Asiya ölkələrindən 112 minə yaxın səyahətçi ölkəmizə səfər edib və bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 57 faiz artım deməkdir. Bu bölgələrdən olan axının əsas hissəsini Qazaxıstan (5%), Pakistan (209%), Hindistan (188%) və Türkmənistandan (80%) olan səyahətçilər təşkil ediblər. İrandan səfər edənlərin sayı isə 166 min nəfər olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə 21 faiz azalma təşkil edib. Yanvar-iyul aylarında Azərbaycana ən çox səfər etmiş səyahətçi axının inkişaf dinamikası Rusiya və Yaxın Şərq bölgəsindən səfər edənlər üçün də xarakterikdir.
Asiya bölgəsi, nəzərəçarpacaq mövsümlük olmadan sabit artım nümayiş etdirir. Türkiyə və Gürcüstandan səfər edənlərin inkişaf dinamikasında, demək olar ki, hər-hansı bir nəzərəçarpacaq mövsümi xarakter olmadan stabil temp müşahidə olunmaqdadır. İran səyahətçiləri, digər aylara nisbətdə, mart ayı ərzində 3-4 dəfə artıq göstərici nümayiş etdirib. Eyni mənzərəni 2017-ci ilin analoji dövründə də müşahidə etmək mümkündür. Buna İran vətəndaşlarının hər il mart ayında keçirilən Novruz bayramına olan maraqları səbəb ola bilər.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info